“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar

Tarix 21.11.26, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Beyləqan rayonunda növbəti monitorinq keçirilib.

AzFakt.com xəbər verir ki, monitorinqdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Bayandur Rzayev və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İlk olaraq rayon ərazisində fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib. Təsərrüfatlarda mövcud istehsal şəraiti, istifadə olunan resurslar, əldə olunan nəticələr və gələcək inkişaf imkanları ilə yerində tanışlıq olub. Fermerlərlə söhbət zamanı aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, heyvandarlıq və bitkiçilik sahələrində mövcud potensialın genişləndirilməsi, məhsulların istehsalı ilə yanaşı, emal və satış imkanlarının yaxşılaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb.

Monitorinq çərçivəsində daha sonra Beyləqan Rayon İcra Hakimiyyətində geniş tərkibli görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat rəhbərləri, sahibkarlar, aidiyyəti dövlət qurumlarının nümayəndələri və qərargah üzvləri iştirak ediblər.

Müzakirələr zamanı rayonun aqrar potensialı, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə mövcud imkanlar və bu sahədə həyata keçirilən işlər barədə məlumat verilib. Dövlət Proqramının aqrar sektorun davamlı inkişafında, istehsal və emal sahələrinin genişləndirilməsində, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb. Proqramda müəyyən edilmiş tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin, rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Fermer və sahibkarları maraqlandıran məsələlər dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. Rayonun aqrar potensialının daha geniş reallaşdırılması, mövcud problemlərin aradan qaldırılması və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası ilə bağlı fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap