“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb - TƏFƏRRÜAT

Tarix 20.11.26, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunda atasını döyərək xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Müslüm Murtuzovun (ad və soyadlar şərtidir) məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Müslüm evlərinin həyətində doğma atasını döyərək 3 qabırğasını sındırıb. Belə ki, o, ailə üzvləri ilə yaşadığı evin həyətində atası üçün birotaqlı mənzil tikiblər və Seyran Murtuzov orada yaşayıb. Buna səbəb isə Seyranın arvadı ilə yola getməməsi, tez-tez spirtli içki qəbul edərək söz-söhbətlər yaratması olub. Hadisə günü isə Müslüm atasının həyətdəki kiçik evə başqa qadın gətirdiyini görüb. O, pəncərəni sındıraraq oraya daxil olub və qadının yanında atasını əxlaqsızlıqda günahlandıraraq onu döyüb. Müslümlə anası qadını da pəncərədən çıxararaq döyüblər, saçını yolaraq həyətdə sürüyüblər.

Məhkəmədə şahid qismində ifadə verən həmin qadın Seyranla dost olduğunu və hava soyuq olduğu üçün onun evinə gəldiyini deyib: “Seyranla uzun müddətdir dostluq münasibətimiz var. Mütəmadi olaraq evimizə gəlib-gedir. Həmin gün mən yaşadığım evdə spirtli içki qəbul etmişdim, buna görə bacımla mübahisəmiz oldu. Seyran da həmin vaxt bizdə iş görürdü. Bundan sonra evi tərk etmək istədim. Seyran havanın soyuq olduğunu və ərim gələnə kimi çöldə qalmamağım üçün məni öz mənzilinə dəvət etdi. Anam da Seyranla getməyimə razılıq verdi. Birlikdə onun yaşadığı evə getdik. Seyran mağazaya gedib yemək-içmək aldı.

Mən Seyranın evində telefonla danışarkən o da televizora baxırdı. Bundan az sonra qapı döyüldü. Sonradan Seyranın oğlu Müslüm olduğunu öyrəndiyim şəxs pəncərəni vurub açdı və şüşə qırıldı. Mən elə o pəncərənin kənarında əyləşmişdim, həmin vaxt Müslümlə anası məni tutub pəncərədən çölə çıxardı, baş verənlərə görə həyəcan keçirdim. Bundan sonra Müslümün anası saçımı yoldu, özü isə bədənimin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmağa başladı. Onlara oraya gəlişimin əsl məqsədini başa salmaq istəsəm də, qulaq asmayaraq məni və Seyranı döyməyə davam etdilər. Müslüm atasını yerə yıxıb təpiklə zərbələr vururdu. Yalnız polislər gələndən sonra bizi döyməyi dayandıraraq buraxdılar”.

Məhkəmədə zərərçəkmiş şəxs oğlundan şikayətçi olmayıb və barışdıqlarını deyib.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Müslüm Murtuzova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun gecələr evi tərk etməsi qadağan edilib və üzərinə elektron qolbaq taxılıb.



Xəbərin oxunma sayı : 85




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap