Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası” təsdiqləndi - Mərkəzi Bankdan qərar

Tarix 20.02.24, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”nı təsdiqləyib.

AzFakt.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Eyni zamanda, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank fəaliyyətinin yoxlanılması Qaydaları”, “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”, “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası” və Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası” ləğv ediləcək.

Qərara əsasən, yoxlama qrupunun rəhbəri bildiriş təqdim edildikdən sonra zəruri olan sənədlərin hazırlanması məqsədilə nəzarət subyektinin icra orqanının rəhbəri ilə əlaqə yaratmalıdır. Yoxlama barədə qərar icra orqanının rəhbərinə və ya səlahiyyətli vəzifəli şəxsinə təqdim etməlidir. Yoxlamalar iş günü və nəzarət subyektinin iş vaxtı ərzində onun fəaliyyətinə mane olmamaqla həyata keçirilməlidir.

Bundan başqa, hər bir yoxlamanın nəticələri yazılı şəkildə hesabatla rəsmiləşdirilməlidir və hesabatın məzmunu oxunaqlı və aydın olmalıdır. Hesabata təsdiqini tapmamış müxtəlif məlumatların daxil edilməsinə yol verilmir.

Həmçinin hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər də daxil edilə bilər. Hesabat yoxlama qrupunun bütün üzvləri tərəfindən, onun bütün səhifələri isə yoxlama qrupunun rəhbəri tərəfindən imzalanacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb



Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap