“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bu, Nəcməddin Sadıkovun xəyanətlərindən biridir” - 31 il keçdi

Tarix 15.02.25, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam oldu.

“Qafqazinfo” xəbər verir ki, hər il olduğu kimi bu il də Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr davam edib.

Belə ki, sosial şəbəkələrdə çoxsaylı paylaşımlarda Murovdağ faciəsi zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb.

Kiçik araşdırma göstərir ki, əvvəllər yerləşdirilmiş məlumatda Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin fevralındakı əməliyyat zamanı Murovdağda 1592 hərbçisini itirdiyi qeyd edilib. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu bildirilib.

Lakin sonradan həmin məlumata düzəliş edilib. Keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin 250 nəfər civarında olduğunu bildiriblər.

“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”.

R.Kərimoğlu Murovdağdakı uğursuzluğun müdafiə nazirinin sabiq 1-ci müavini - Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olmasını da vurğulayıb.

bu-necmeddin-sadikovun-xeyanetlerinden-biridir

Fotolar Birinci Qarabağ müharibəsi iştirakçısı, fotoqraf Xalid Əsgərova məxsusdur.







Xəbərin oxunma sayı : 925




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap