“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azad edilmiş ərazilərdə turist axını ən çox bu rayonlaradır - ADLAR

Tarix 08.08.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika azad edilmiş ərazilərdə müşahidə olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Turizm gəlirlərinin artım tempinə görə Cəbrayıl ilk sırada qərarlaşıb. Rayonda gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.

Füzulidə bu göstərici 239 faiz, Zəngilanda 160 faiz, Laçında 126 faiz, Şuşa və Ağdamda isə 97 faiz olub.

Bakıda da turizm gəlirləri ötən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 543,9 milyon manatdan 743 milyon manata çatıb.

Turist sayında da oxşar dinamika müşahidə olunub. Belə ki, Cəbrayıla gedən turistlərin sayı ötən ilin ilk rübündəki 914 nəfərdən 8 min 215 nəfərə yüksələrək 799 faiz artıb.

Zəngilanda turist sayı 929 nəfərdən 6 min 290 nəfərə (577 faiz), Füzulidə 3 min 290 nəfərdən 16 min 563 nəfərə (403 faiz), Ağdamda 7 min 629 nəfərdən 21 min 312 nəfərə (179 faiz), Şuşada isə 15 min 279 nəfərdən 36 min 255 nəfərə (137 faiz) çatıb.



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap