“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qatar gecikdiyinə görə Bakıya taksiylə gəldi: ADY pulunu geri qaytaracaq

Tarix 08.08.26, 12:46

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər sosial şəbəkələrdə vətəndaşlar qatarlardan istifadə zamanı üzləşdikləri müxtəlif problemləri işıqlandırırlar. 

AzFakt.com "Cebheinfo"ya istinadla xəbər verir ki, onlardan biri kimi sərnişin Şəki rayonundan Bakıya səfəri zamanı qarşılaşdığı problemi qeyd edib. Şikayətdə göstərilir ki, iyulun 30-da Şəkidən Bakıya qayıdan 2 vətəndaş 23.52-də qatarla gəlməli olsa da, qatar 02.00-a qədər olmayıb. 

Onlar gecə 100 manata taksi ilə Bakıya gəlməyə məcbur olublar. Baş verən problemlə bağlı ADY heç bir açıqlama verilmədiyini deyən sərnişin “çox məsuliyyətsiz qurum olduğuna görə, artıq dəmir yolundan istifadə etməyəcəklərini” yazıb. 

Qeyd edək ki, Şəkidən Bakıya qatarla səfər üçün vətəndaşlar 40 manat ödəniş ediblər. 

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarımdan bildirilib ki, 30 iyul tarixində Balakən-Bakı qatarı teplovozun işində yaranan çətinliklə əlaqədar Qax-Şəki sahəsində dayanıb və dərhal sahəyə digər teplovoz göndərilib: 

“Bu səbəbdən qatar Şəki stansiyasına gecikmə ilə çatıb. Yaranmış narahatlıqla əlaqədar şikayətini bildirən sərnişinlə əlaqə saxlanılıb, mövcud vəziyyət izah edilib və Şəki-Bakı istiqaməti üzrə aldığı biletlərin tam dəyərinin qaytarılacağı barədə məlumat verilib”.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap