“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”

Tarix 27.10.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe bu gün Vladimir Putinlə telefon danışığı aparıblar. 

AzFakt.com xəbər verir ki, bu barədə Finlandiya Prezident Administrasiyasının veb saytında məlumat yayılıb.

Telefon danışığı Ukrayna ilə məsləhətləşmədən sonra Avropa liderlərinin təşəbbüsü ilə baş tutub. Söhbətin məqsədi Putinə "Ukraynanın Əbu-Dabidə keçiriləcək sülh danışıqları ilə bağlı mesajlarını çatdırmaq” və hərbi əməliyyatlara son qoymağa, sülh danışıqlarının davam etdirilməsinə çağırmaq olub.

"Söhbət birbaşa və məqsədyönlü idi. Biz Rusiyanın qonşularıyıq. Müharibənin nəticəsi Finlandiya və Norveçin, eləcə də bütün Avropanın təhlükəsizliyinə təsir edəcək. Müharibəyə son qoymaq üçün birbaşa danışıqlar lazımdır", - Stubb bildirib. 

Störe öz növbəsində qeyd edib ki, müharibə böyük insan əzablarına səbəb olur və böyük xərclərlə nəticələnir. 

"Müharibə bir çox nəsillərdə iz buraxır. Telefon danışığımız zamanı gərginliyin azaldılmasının vacibliyini vurğuladıq", - Norveç Baş naziri bildirib.

Putinin Avropa liderləri ilə bu söhbəti onun 2025-ci ilin iyul ayında Fransa Prezidenti Emmanuel Makronla telefon danışdığından bəri ilk dəfədir baş tutur.

Finlandiya Prezidentinin Ofisi hər iki Avropa liderinin söhbətdə yalnız öz ölkələri adından iştirak etdiyini, bütövlükdə Avropa adından iştirak etmədiyini vurğulayıb. Ukrayna ilə yanaşı, onlar Baltik dənizi regionunda sülhün qorunmasını müzakirə ediblər.

Bundan əvvəl “Politico” nəşri Avropa Birliyinin yenidən Ukrayna ilə bağlı Putinlə danışıq aparacaq siyasətçi axtarmağa başladığını bildirib. Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampla yaxşı münasibətləri və Moskva ilə münasibətlərdəki təcrübəsi nəzərə alınmaqla bu rol üçün ən uyğun namizədlərdən biri hesab olunur.



Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap