| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Milli Məclis bəyanat qəbul etdi - Zəfər Günü münasibətilə
Tarix 03.11.26, 12:38 |
|
Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib.
AzFakt.com xəbər verir ki, sənəddə deyilir:
"2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir.
Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir.
Silahlı qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazmışdır. Düşmənin uzun illər ərzində qurduğu keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır.
İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazilərinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur.
Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT-nin Təhlükəsizlik Şurasının və baş assambleyasının, BAA-nın və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək tarixi ədaləti və beynəlxalq hüquq normalları və prinsiplərini bərpa etmişdir.
Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır.
2020-ci il sentyabr ayının 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində konstitusiya quruluşu bərqərar edilmişdir.
Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir.
Döyüş meydanlarında hərbi qələbələr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur.
İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün zəruri şərait yaratmışdır.
Xalqımızın gücünün dəmir yumruq ətrafında səfərbər edilməsi mövcud imkanları taleyüklü milli vəzifənin yerinə yetirilməsinə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik istedadı və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək məharəti hərbi, diplomatik və informasiya sahəsində fəaliyyəti milli gücümüzün vahid hədəfə yönəltməyə imkan vermişdir.
Dövlət başçısının rəhbərliyi və ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələrə və uzunmüddətli siyasi nəticələrə çevrilmişdir.
Prezident İlham Əliyev xalqımızın Vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bunu əməli həyata keçirəcək tarixi bir missiyanı yerinə yetirmişdir. Xalqımızın öz müqəddəratını özü müəyyənləşdirməyə, hüquqlarını müdafiə etməyə və qarşıya qoyduğu məqsədləri əldə etməyə qüdrəti çatan yenilməz bir xalq olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşması üçün də ardıcıl səylər göstərmişdir. Dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir. Bu baxımdan 2025-ci il avqust ayının 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump-ın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsbit edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmaların aradan qaldırılması yolunda mühüm addım olmuşdur.
Bu razılaşmalar sülh prosesinin irəli aparılmasında, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, uzunmüddətli sülhün yaradılması, qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə verən şərtlərin aradan qaldırılmasını, etimatsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsini tələb edir.
Beynəlxalq yol verilməməsini tələb edir. Beynəlxalq birlik region dövlətinin suveren seçiminə və təşəkkül tapmış yeni reallığa hörmətlə yanaşaraq birbaşa dialoqa və əməli əməkdaşlığa köməklik göstərməlidir.
Bu gün Azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İşğal dövründə viran qoyulmuş torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər obyektlər yaradılır.
Tarixi, mədəni və dini abidələr bərpa olunur, iqtisadi fəaliyyət və əhalinin layiqti yaşayışı üçün şərait təmin edilir.
Həyata keçirilən Böyük Qayıdış proqramı zəfərə konkret quruculuq məzmunu verir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması nəticəsində onların pozulmuş hüquqları və sabaha olan inamları bərpa olunur, soydaşlarımız əcdadlarının yurd yuvalarına, torpaqlarına qovuşur, işğalçıların məhv etməyə çalışdıqları həyat Qarabağda yenidən çəklənir.
Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlət müstəqilliyini və suverenliyi qorumağın vacib şərti olaraq qalır. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatçısı və regional sabitliyin mühüm amilidir.
Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün bərqərar edilməsi xəttini qətiyyətlə dəstəklədiyimizi bildiririk.
Parlament həmin vəzifələrin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli şəkildə istifadə edəcəkdir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevi, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı, silahlı qüvvələrimizin əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir.
Tarixi qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü dövlətin miras qoymaq hamımızın borcudur".
Xəbərin oxunma sayı : 268
Sosial
Xəbərlər
-
Novxanıdakı “milyonluq saray“ın sahibi həbs edildi - Zorlanmada ittiham olunur
-
ABŞ xüsusi nümayəndəsi elan etdi - Rusiya və Ukrayna Abu Dabidə masaya oturacaq
-
Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla“ bağçası ətrafında qalmaqal
-
Dünya ölkələri nəyə hazırlaşır? - 33 ölkə vətəndaşlarına xəbərdarlıq etdi
-
Noyabrın 4-də bu ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
-
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
-
Rayonlar dotasiya almadan necə maliyyələşəcək? - VİDEO
-
Milli Məclis bəyanat qəbul etdi - Zəfər Günü münasibətilə
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi - 7 il müddətinə
-
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu - RƏSMİ
-
“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü
-
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
-
ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək - “Bloomberg“
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir
-
Yaşıllığı məhv edilən şəhər - Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək?
-
Bu ərazidə yolu keçmək piyadalar üçün təhlükəlidir - VİDEO
-
Adambaşına neft istehlakına görə ilk 20 ölkə açıqlanıb - Siyahı
-
Nəsimi rayonunda bir gecədə 10 ağac məhv edildi - VİDEO
-
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
-
“Amay” Ticarət Mərkəzinin damında təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
-
ABŞ İranın Qeşm adasına zərbə endirib - “The Wall Street Journal”
-
Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var?
-
Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək - VİDEO
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
-
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
-
Sürücülərin diqqətinə: Cəriməni belə ləğv etdirə bilərsiniz
-
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA
-
İşini itirənlərin kreditləri bağlana bilər - Yeni qaydalar hazırlanıb
-
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
-
Deputatın təklifi mübahisə yaratdı - ETİRAZ ETDİLƏR
-
Vəzifəli şəxslərin məhkəməsi başlayır - 200 min manatlıq rüşvət işi
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - DSX
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
TOP 10
ARXİV






