“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI

Tarix 07.10.26, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda sosial şəbəkə platformalarının istifadə payları üzrə 2026-cı ilin sentyabr ayına dair statistika açıqlanıb.

“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, hesabat ayında Azərbaycanda sosial media platformaları arasında ən yüksək bazar payı “Facebook”a məxsus olub. Platformanın istifadə payı əvvəlki ayla müqayisədə 9,61 faiz bəndi azalaraq 37,26 faiz təşkil edib.

İkinci yerdə “YouTube” qərarlaşıb. Platformanın Azərbaycandakı bazar payı sentyabr ayında 7,71 faiz bəndi azalaraq 21,56 faizə düşüb.

“Instagram” 12,32 faiz bazar payı ilə üçüncü sırada yer alıb. Platformanın göstəricisi əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azalıb.

Dördüncü pillədə “X” (keçmiş “Twitter”) qərarlaşıb. Platformanın bazar payı 11,02 faiz təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,72 faiz bəndi aşağı düşüb.

“Pinterest” 7,69 faiz bazar payı ilə beşinci yerdə qərarlaşıb. Platformanın payı sentyabr ayında əvvəlki ayla müqayisədə 1,93 faiz bəndi artıb.

Altıncı sırada “LinkedIn” yer alıb. Platformanın Azərbaycandakı bazar payı 5,19 faiz təşkil edib və aylıq müqayisədə 2,03 faiz bəndi azalıb.

“Reddit” isə 4,76 faiz göstərici ilə yeddinci pillədə qərarlaşıb. Platformanın bazar payı əvvəlki ayla müqayisədə 0,33 faiz bəndi artıb.

Beləliklə, sentyabr ayında Azərbaycanda sosial şəbəkələrin bazar payına görə ilk üçlük “Facebook”, “YouTube” və “Instagram”dan ibarət olub.

Dünyada “Facebook” liderdir

Qlobal göstəricilərə əsasən, 2026-cı ilin sentyabr ayında dünyada da ən yüksək bazar payına “Facebook” sahib olub.

Platformanın qlobal bazar payı əvvəlki ayla müqayisədə 0,02 faiz bəndi artaraq 71,32 faizə çatıb.

“X” 7,42 faiz göstərici ilə dünya üzrə ikinci sırada yer alıb. Platformanın qlobal bazar payı sentyabr ayında aylıq müqayisədə 0,73 faiz bəndi azalıb.

Üçüncü yerdə “Instagram” qərarlaşıb. Platformanın qlobal bazar payı 7,39 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,49 faiz bəndi çoxdur.

“YouTube” 7,25 faiz bazar payı ilə dördüncü sırada yer alıb. Platformanın göstəricisi aylıq müqayisədə 0,95 faiz bəndi azalıb.

“Pinterest” 3,38 faiz göstərici ilə beşinci yerdə qərarlaşıb. Onun qlobal bazar payı ay ərzində 0,36 faiz bəndi artıb.

“Reddit” dünya üzrə sosial şəbəkələr arasında 2,42 faiz bazar payı ilə altıncı sırada yer alıb. Platformanın göstəricisi əvvəlki ayla müqayisədə 0,82 faiz bəndi yüksəlib.

“LinkedIn” isə 0,61 faiz bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Platformanın qlobal göstəricisi sentyabr ayında 0,04 faiz bəndi artıb.

Statistikaya əsasən, Azərbaycan və qlobal bazarda sosial şəbəkələrin sıralanması arasında nəzərəçarpacaq fərq var. Azərbaycanda “YouTube” ikinci, “LinkedIn” isə altıncı yerdə qərarlaşdığı halda, qlobal reytinqdə “X” ikinci, “Instagram” üçüncü, “YouTube” isə dördüncü pillədədir.//Trend



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap