“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vensdən İrana xəbərdarlıq: Uranı zənginləşdirməyi dayandırın

Tarix 07.10.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Reuters" agentliyinə verdiyi eksklüziv müsahibədə İranın nüvə proqramı və iki ölkə arasındakı danışıqlar prosesi ilə bağlı kəskin bəyanatlarla çıxış edib.

Vens Tehran administrasiyasının nüvə silahı əldə etmək niyyətində olmadığını sübut etməsi üçün uranın zənginləşdirilməsi imkanlarını "əhəmiyyətli dərəcədə" ixtisar etməli olduğunu bildirib.

ABŞ Vitse-prezidenti müsahibəsində bu məsələnin əsas prinsipial şərt olduğunu vurğulayıb: "Əgər siz nüvə silahı yaratmaq istəmirsinizsə, onda 60 faizədək zənginləşdirilmiş yanacaq nəyinizə lazımdır? Və əgər nüvə silahından imtina öhdəliyinizə sadiq olduğunuzu nümayiş etdirmək istəyirsinizsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, çox vacib və konseptual bir sualdır. Düşünürəm ki, onlar nüvə silahı hazırlamamaq niyyətlərini göstərmək üçün uranın zənginləşdirilməsi gücləri ilə bağlı real və ciddi addımlar atmalıdırlar".

Vens həmçinin əlavə edib ki, sazişin bağlanması prosesini mürəkkəbləşdirən əsas amillərdən biri İranda son qərarların məhz kim tərəfindən qəbul edildiyinin Vaşinqton üçün qaranlıq qalmasıdır. ABŞ rəsmisi Birləşmiş Ştatların İran Prezidenti Məsud Pezeşkiyan və Xarici İşlər Naziri Abbas Araqçı ilə danışıqlar apardığını, lakin onların İslam Respublikasının real hakimiyyət hiyerarxiyasında nə dərəcədə təsir gücünə malik olduqlarının dəqiq bilinmədiyini diqqətə çatdırıb.



Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap