“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

La Liqanın ən bahalı futbolçuları: Arda Güler tarixə düşdü

Tarix 05.10.26, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Oyunçuların transfer qiymətlərini təhlil edən "Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən ən bahalı futbolçuların yeni siyahısını açıqlayıb.

AzFakt.com xəbər verir ki, sıralamada Türkiyə millisinin "Real Madrid"də çıxış edən gənc ulduzu Arda Güler də var. O, transfer qiyməti 100 milyon avroya yüksələn ilk türkiyəli oyunçu olub.

"Barselona"nın ulduz oyunçusu Lamin Yamal ilk pillədəki mövqeyini qoruyub. İlk onluqda "Real Madrid"in beş, "Barselona"nın isə dörd təmsilçisi yer alıb. "Atletiko Madrid"dən ən yaxşı onluğa düşən yeganə oyunçu isə hücumçu Xulian Alvares olub.

"Transfermarkt"ın məlumatına əsasən, İspaniya La Liqasının ən bahalı on futbolçusu bunlardır:

1. Lamin Yamal ("Barselona") - 220 milyon avro;

2. Kilian Mbappe ("Real Madrid") - 200 milyon avro;

3. Cud Bellinqem ("Real Madrid") - 160 milyon avro;

4. Pedri ("Barselona") - 150 milyon avro;

5. Vinisius Junior ("Real Madrid") - 130 milyon avro;

6. Yan Diomande ("Real Madrid") - 120 milyon avro;

7. Fermin Lopes ("Barselona") - 110 milyon avro;

8. Xulian Alvares ("Atletiko Madrid") - 110 milyon avro;

9. Arda Güler ("Real Madrid") - 100 milyon avro;

10. Pau Kubarsi ("Barselona") - 100 milyon avro.



Xəbərin oxunma sayı : 151




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap