“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tarix 03.10.26, 11:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

AzFakt.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qrız, Xınalıq, Qusar və Şahdağda isə qar yağır. Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı: Qəbələdə 72 (aylıq normanın 57%-i), Lənkəranda 56 (aylıq normanın 22%-i), Sarıbaşda (Qax) 50 (aylıq normanın 41%-i), Oğuzda 41 (aylıq normanın 41%-i), Xaltanda 37 (aylıq normanın 76%-i), Kişçayda (Şəki) 36 (aylıq normanın 41%-i), Şahdağda 33 (aylıq normanın 52%-i), Astarada 29, Qusarda 28 (aylıq normanın 44%-i), Xınalıqda 27 (aylıq normanın 42%-i), Zaqatalada 27 (aylıq normanın 27%-i), Sabirabadda 25 (aylıq normanın 61%-i), Xızıda 25 (aylıq normanın 44%-i), Qrızda 22 (aylıq normanın 45%-i), Balakəndə 19, Yardımlı və Göyçayda 14, Qobustanda 12, İsmayıllıda 11, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm qeydə alınır. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.



Xəbərin oxunma sayı : 181




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap