“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ həbsxanasında vəziyyət qarışdı - Rusiyalılar aclıq elan etdi

Tarix 07.10.26, 11:38

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin Corciya ştatındakı miqrasiya həbsxanasında saxlanılan rusiyalılar və digər ölkələrin vətəndaşları şəraitə etiraz olaraq yeməkdən imtina ediblər. Etiraz aksiyasına qoşulmağa hazırlaşan bir neçə rusiyalının isə karserə salındığı bildirilir.

Musavat.com “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, hadisələr Folkston D. Ray James miqrasiya mərkəzində baş verir.

Mərkəzdə saxlanılan Andrey Mixaylovun həyat yoldaşı Kseniya Volkova baş verənləri aclıq aksiyası adlandırıb. Onun sözlərinə görə, aksiyaya təxminən 10 rusiyalı, eləcə də Latın Amerikası və digər ölkələrdən olan məhbuslar qoşulublar.

Lakin etirazın miqyası ilə bağlı daha böyük rəqəmlər də səsləndirilir. Mərkəzdəki vəziyyətlə tanış mənbə əvvəlcə 50–60 nəfərin aclıq aksiyasına qoşulmağa hazırlaşdığını bildirib.

Saxlanılan Aleksandr Borovkovun həyat yoldaşı İnna Sobolevskaya isə məhbusların yaxınlarının yazışmalarına istinadən bildirib ki, L blokunda saxlanılanların hamısı yeməyə çıxmayıb, daha sonra başqa məhbuslar da onlara qoşulublar. Onun məlumatına görə, ümumilikdə 300-ə yaxın insan yeməkdən imtina etmiş ola bilər. Dəqiq rəqəmi müəyyənləşdirmək mümkün deyil, çünki hazırda saxlanılanlarla əlaqə çətinləşib.

Andrey Mixaylov oktyabrın 6-da mərkəzin daxili müraciət sistemi vasitəsilə administrasiyanı aclıq aksiyasına qoşulduğu barədə rəsmən məlumatlandırıb.

O, etirazının dinc xarakter daşıdığını bildirib və səbəblər sırasında normal tibbi və psixoloji yardımın olmamasını, keyfiyyətsiz qidalanmanı, daimi yuxusuzluğu və ailəsini görə bilməməsini göstərib.

Mixaylovun sözlərinə görə, heç bir məhkumluğu və qanun pozuntusu olmadığı halda səkkiz aydan artıqdır həbsdə saxlanılır.

“Müraciətlərimə məhəl qoyulmur. Bu aclıq aksiyası həmin pozuntulara etiraz etmək və ədalətli münasibət tələb etmək üçün yeganə vasitəmdir”, – o bildirib.

Etiraz ərəfəsində bir neçə rusiyalının karserə göndərildiyi də bildirilir. Polina Gerdyukova “Agentstvo”ya həyat yoldaşı Andrey Gerdyukov da daxil olmaqla dörd nəfərin karserə salındığını deyib.

Kseniya Volkovanın məlumatına görə isə oktyabrın 6-sı səhər saatlarına olan məlumata əsasən, kollektiv şikayəti imzalayan beş rusdilli məhbusun karserə yerləşdirildiyi təsdiqlənib.

Karserə göndərilənlər arasında kollektiv şikayətin hazırlanmasında Aleksandr Borovkovla birlikdə iştirak edən Aleksey Kovalkonun da olduğu bildirilir.

Mərkəzdəki vəziyyətlə tanış mənbə maraqlı bir detalı da açıqlayıb: karserə salınan şəxslər həmin anda hələ aclıq aksiyasına başlamamışdılar, yalnız aksiyaya qoşulmaq niyyətlərini bildirmişdilər. Mənbəyə görə, oktyabrın 5-də digər məhbusların kütləvi şəkildə axşam yeməyindən imtina etməsinə məhz onların karserə salınması səbəb olub.

Bundan əvvəl Folkstonda saxlanılan 14 rusiyalı kollektiv şikayət hazırlayıb. Onlar tibbi xidmətin keyfiyyətindən, qidalanmadan, saxlanma şəraitindən və uzun müddət azadlıqdan məhrum edilmələrindən şikayət ediblər. Məhbusların yaxınları ABŞ hakimiyyət orqanlarına və hüquq müdafiə təşkilatlarına da müraciət ediblər.

Kollektiv şikayətdə ən qalmaqallı məqamlardan biri isə həbsxana rəhbərinin ksenofob ifadə işlətməsi barədə iddiadır. Rusiyalıların sözlərinə görə, müəssisə rəhbəri onlara belə deyib:

“Narahat olmayın, sizi öz rahat QULAQ-ınıza göndərəcəyik”.



Xəbərin oxunma sayı : 196




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap