“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xulian Alvares “Barselona”ya görə xəstə rolu oynayır - Komandasını boykot edir

Tarix 28.08.26, 19:01

Font ölçüsü : - / +
bitmap-img6


“Atletiko Madrid”in hücumçusu Xulian Alvares dalbadal üç gündür ki, komandanın məşqlərinə qatılmır.

Bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Nəşr yazır ki, argentinalı ulduz özünü “xəstə” kimi qələmə verərək, “Sevilya” ilə şənbə günü keçiriləcək matçın hazırlıq prosesini boykot edir:

“Bu səbəbdən onun Əndəlüs təmsilçisinə qarşı oyunda meydana çıxması praktiki olaraq qeyri-mümkündür. Aleksander Sörlotun zədəli olduğu bir vaxtda Alvaresin bu addımı baş məşqçi Diyeqo Simeoneyi hücum xəttində ciddi problemlə üz-üzə qoyub.

Futbolçunun məşqlərdən imtina etməsi onun “Barselona”ya keçmək əzmindən xəbər verir. Lakin “Atletiko” rəhbərliyi ulduz oyunçunu Kataloniya klubuna satmağın qətiyyən tərəfdarı deyil. Madrid təmsilçisi London “Arsenal”ının təqdim etdiyi 150 milyon avroluq təklifi qəbul etməyə hazır olsa da, “Barselona” ilə danışıqlarda güzəştə getmir və müqavilədə göstərilən 500 milyon avroluq təzminat tələb edir.

Məşqləri buraxması ilə bağlı Alvaresin “səhhəti” bəhanəsini klub hələlik rəsmi olaraq “üzrlü səbəb” kimi qəbul edir. “Atletiko” transferin baş tutmayacağı təqdirdə futbolçu ilə münasibətləri tamamilə korlamamaq üçün “gərgin sakitliyi” qorumağa çalışır”.

Qeyd edək ki, “Vilyarreal”a qarşı son matçda Alvaresin həvəssiz oyunu və azarkeşlərin onu fitə basması diqqətdən yayınmayıb. Argentinalı hücumçu fanatların narazılığı fonunda meydanı təkbaşına tərk edib. Əgər ulduz futbolçu komandadan ayrılarsa, madridlilər təcili olaraq yeni hücumçu axtarışına çıxmalı olacaqlar.



Xəbərin oxunma sayı : 259




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap