“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Beyləqanda hesabat konfransı keçirildi - FOTOLAR

Tarix 25.08.26, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

AzFakt.com xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında davam edib.

Tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Ağsaqqallar Şurasının üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əziz Əzizov tədbir iştirakçılarını və qonaqları salamlayaraq, Azərbaycan Ağsaqqallar Şurasının ölkənin ictimai həyatında tutduğu mühüm mövqedən danışıb. Rayon rəhbəri bildirib ki, ağsaqqallar cəmiyyətimizin mənəvi dayaqlarından biri olmaqla, öz zəngin həyat və əmək təcrübələri, müdrik məsləhət və tövsiyələri ilə ictimai proseslərə mühüm töhfələr verirlər.

ƏƏzizov vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurası və onun rayon təşkilatları dövlətçilik ənənələrinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənclərin düzgün istiqamətləndirilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərirlər. Beyləqan Rayon Ağsaqqallar Şurasının, o cümlədən Şuranın sədri, dəyərli ziyalı Etibar İmanovun rayonun ictimai həyatında fəal iştirakını xüsusi qeyd edən rayon rəhbəri ağsaqqalların bundan sonra da öz təcrübə və nüfuzları ilə cəmiyyətin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edib. Xüsusilə dövlətimizin başçısının avqustun 23-də Özbəkistana dövlət səfərinin əhəmiyyətinə toxunan Əziz Əzizov səfərin Azərbaycan-Özbəkistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verdiyini bildirib. O, səfər çərçivəsində keçirilən IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunun ölkələrimiz arasında regionlararası əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonra Etibar İmanov Şuranın 2025-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən dövr ərzində Şura tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər, ağsaqqalların rayonun ictimai həyatında iştirakı, milli-mənəvi dəyərlərin təbliği və gənc nəslin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra çıxış üçün söz Vahid Novruzova verilib. O, ağsaqqalların cəmiyyətin ictimai həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rolundan danışıb. V.Novruzov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanovun fəaliyyətini yüksək qiymətləndirib, onun hesabat məruzəsini qənaətbəxş hesab edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxışlarda, həmçinin, Şuranın gələcək fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikirlər səsləndirilib.

Konfransda Beyləqan Rayon Ağsaqqallar Şurasının rəhbərliyinin, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi məsələlərinə baxılıb. Yekdil qərarla rayonun ictimai həyatında uzun illər fəal iştirak edən, dəyərli ziyalı və təcrübəli ictimai xadim Etibar İmanov yenidən Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib, rayon ağsaqqallarının iştirakı ilə nahar süfrəsi təşkil olunub.






Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap