“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Suraxanıda yol problemi: İcra nümayəndəsi “düzələr“ deyib getdi

Tarix 27.08.26, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Suraxanı rayonunun Zığ qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri yol problemindən şikyətçidirlər.

Onların sözlərinə görə, küçənin vəziyyəti xüsusilə yağışlı havalarda daha da pisləşir.

Vətəndaşlar iddia edirlər ki, ərazidə əvvəllər aparılan abadlıq və asfaltlama işləri zamanı əsas yola yaxın hissələr təmir edilsə də, daxili küçələr diqqətdən kənarda qalıb.

Şikayətçilərdən biri bildirib ki, uzun illərdir küçənin vəziyyəti dəyişməyib və sakinlər yolu öz imkanları hesabına dəfələrlə düzəltməyə çalışıblar.

"160-200 metrlik hissəni asfaltlamadılar. Camaat palçığa bata-bata gedir. İndi hələ küçənin yaxşı vəziyyətidir. Qışda buraya gəlsəniz, qalxa bilməzsiniz".

Məsələni aydınlaşdırmaq məqsədilə Baku TV-nin çəkiliş qrupu Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə gedib.

İcra nümayəndəsi Rəhman Hüseynov məsələyə münasibət bildirmək istəməyib və ərazini tərk edib. Lakin gedərkən küçənin düzəldiləcəyini bildirib, işlərin konkret nə vaxt aparılacağını isə açıqlamayıb.




Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap