“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Sabah” rekord məbləğdə gəlir əldə edib - Məbləğ bəlli oldu

Tarix 26.08.26, 10:34

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün “Sabah” klubu Azərbaycan futbolu tarixində yeni səhifə açmaqla yanaşı, UEFA-dan əldə etdiyi gəliri də rekord həddə çatdırıb. 

AzFakt.com xəbər verir ki, Bakı təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edərək, ümumi hesabda 6:4 üstünlüklə turnirin əsas – liqa mərhələsinə vəsiqə qazanıb. Bununla “Sabah” Azərbaycan futbolunda “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsində oynayacaq ikinci klub olub.

Bu tarixi uğur “Sabah”ın büdcəsinə də böyük vəsait gətirib. Komanda hələ Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-offuna yüksələndə UEFA-dan minimum 8,97 milyon avro gəliri təmin etmişdi. Bu mərhələyə qədər olan qazancın təxminən 5 milyon avroluq hissəsi “Orhus” üzərindəki qələbə və digər UEFA ödənişləri hesabına formalaşmışdı.

Lakin “Hapoel” üzərindəki tarixi qələbə ilə “Sabah”ın minimum qazancı kəskin şəkildə artıb.

Belə ki, Çempionlar Liqasının 2026/27 mövsümündə əsas mərhələyə vəsiqə qazanan hər klub 18,62 milyon avro iştirak ödənişi əldə edir. Bundan əlavə, “Sabah”ın əvvəlki mərhələlərdən qazandığı və reytinq-yayım bazarı üzrə nəzərdə tutulan ödənişlər də nəzərə alındıqda, Bakı klubunun bu mövsüm UEFA turnirlərindən təmin etdiyi minimum gəlir 20,17 milyon avroya çatır.

Bu isə təxminən 40 milyon manata yaxın vəsait deməkdir.

Ancaq 20,17 milyon avro “Sabah”ın qazana biləcəyi son məbləğ deyil. Əksinə, klub üçün böyük gəlir imkanları məhz indi başlayır.

Yeni format üzrə Çempionlar Liqasının liqa mərhələsində hər qələbə 2,1 milyon avro, heç-heçə isə 700 min avro qazandırır. Bundan başqa, yekun turnir cədvəlində tutulan mövqeyə görə də klublara əlavə ödənişlər edilir. İlk 8 pillədə qərarlaşan komandalar əlavə 2 milyon avro, 9-16-cı yerləri tutanlar isə 1 milyon avro bonus əldə edir.

Yəni “Sabah” liqa mərhələsində hər hansı qələbə qazanmasa belə, hazırkı 20,17 milyon avroluq minimum gəliri qoruyacaq. Komanda qələbələr qazandıqca isə bu məbləğ artacaq.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Qarabağ” UEFA-dan ümumilikdə təxminən 36 milyon avro gəlir əldə etmişdi. 



Xəbərin oxunma sayı : 115




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap