“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan Rusiyadan idxalı kəskin azaltdı - rəqəmlər açıqlandı

Tarix 27.08.26, 19:47

Font ölçüsü : - / +
bitmap-img6

 
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsində ciddi azalma qeydə alınıb.

AzFakt.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq 2,109 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 3,9 faiz artaraq 749,55 milyon dollara çatıb. Bunun əksinə olaraq, Rusiyadan Azərbaycana idxal 42 faiz azalaraq 1,36 milyard dollara düşüb.

Rusiya Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,2 faizini təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,216 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıb.



Xəbərin oxunma sayı : 190




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap