“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov

Tarix 28.08.26, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


“Avrasiya İqtisadi İttifaqı ölkələri may sammitində Ermənistan rəhbərliyini referendum keçirməyə və qərar verməyə çağıran bəyanat yayıblar: siz Avropa İttifaqına daxil olmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq istəyirsiniz? Məncə, tamamilə haqlı tələbdir. Bir təşkilatın normaları digərinin normaları ilə uyğun gəlmir. Artıq bu barədə çox danışılıb”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində deyib.

“Lakin Ermənistanın Baş naziri cənab Paşinyan deyib ki, vaxtı gələndə qərar verəcəyəm. Bəs Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul etmisinizsə, “vaxtı gələndə” nə deməkdir? Bu günlərdə oxudum, cənab Paşinyan bildirib ki, Avropa İttifaqına ərizə veriləndə referendumdan danışmaq mümkün olacaq, ona reaksiya veriləcək və bu üzvlüyün “yol xəritəsi” hazırlanacaq, o zaman referendum da olacaq. Bu, mənim fikrimcə, erməni seçicilərinə və erməni xalqına çox da böyük etimaddan xəbər vermir. Dürüst bir seçim etməlisiniz”, - Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib.



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap