“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Maxaçev həm titulunu qorudu, həm rekord vurdu

Tarix 16.08.26, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyalı İslam Maxaçev irlandiyalı Yan Maçado Qerrini məğlub edərək “Ultimate Fighting Championship” (UFC) yarımorta çəki dərəcəsində titulunu qoruyub.

AzFakt.com xəbər verir ki, UFC 330 yarışı Filadelfiya şəhərində (Pensilvaniya ştatı) baş tutub.

Döyüş Maxaçevin yekdil qərarla qələbəsi ilə başa çatıb.
Bununla da, da rusiyalı döyüşçü UFC-də qələbə seriyasını 17 döyüşə qədər uzadıb və UFC rekordunu yeniləyərək, braziliyalı Anderson Silvanı geridə qoyub.

Qeyd edək ki, 34 yaşlı Maxaçevin qarışıq döyüş sənətləri (MMA) üzrə 29 qələbə və 1 məğlubiyyəti var. 2025-ci ildə o, iki çəki dərəcəsində UFC titulunu qazanan ilk rusiyalı olub. Maxaçev 2022-ci ilin oktyabrından bəri sahib olduğu yüngül çəki titulunu dörd dəfə müdafiə etsə də, sonradan çəki dərəcəsində irəliləmək üçün bu tituldan imtina edib. 2025-ci ilin noyabr ayında o, avstraliyalı Cek Della Maddalenanı yekdil qərarla məğlub edərək UFC-nin yarımorta çəkili çempionu olub. Rusiyalı idmançının UFC-dəki yeganə məğlubiyyəti 2015-ci ilin oktyabrında braziliyalı Adrian Martinsə qarşı olub.
28 yaşlı Qerri isə MMA-da iki məğlubiyyət və 17 qələbə qazanıb. O, UFC-yə 2021-ci ilin noyabr ayında qoşulub. O, bu günə qədər 12 döyüş keçirib və onlardan 10-da qalib gəlib. Onun bundan əvvəlki yeganə məğlubiyyəti 2024-cü ilin dekabrında Qazaxıstan təmsilçisi Şavkat Rahmonova yekdil qərarla məğlub olduğu zaman olub.a



Xəbərin oxunma sayı : 163




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap