“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Heç vaxt qazı olmayan kənd - “Gərək bir inəyini verəsən ki, odun alasan”

Tarix 27.08.26, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


İsmayıllı rayonunun Bəhliyan kəndinin sakinləri mavi yanacağın olmamasından əziyyət çəkdiklərini iddia edirlər.

AzFakt.com xəbər verir ki, kənddə vəziyyət o həddə çatıb ki, sakinlər həyətlərindəki meyvə ağaclarını doğrayaraq odun kimi istifadə edirlər.

Bildirilib ki, kənd mövcud olduğu gündən bu günədək təbii qazla təmin olunmayıb.

Sakinlərin əsas tələbi kəndin qısa müddətdə qazlaşdırılmasıdır. 

Onlar xüsusilə qış aylarında odun tədarükünün ailə büdcəsinə ciddi yük yaratdığını deyirlər.

"Bu yayı birtəhər keçiririk. Kimisi 5, 10, 20, 30 manat verib balon doldurur, beləcə dolanırıq. Amma payız-qış gələndə çox əziyyət çəkirik. Allaha and olsun, oduna 1000 manatdan çox pul çıxır. Müraciət etmişik, amma dediyimiz söz elə söz olaraq qalıb”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə odunun qiymətinin yüksək olmasından şikayətlənib:

"Bir maşın odun 700 manata başa gəlir. Gərək bir inəyini verəsən ki, iki maşın odun alasan. Adam var ki, üç maşın yandırır, adam var ki, dörd maşın yandırır. Neçə dəfə icra nümayəndəsinə demişik, baxan yoxdur”.

Daha ətraflı "Baku TV”nin süjetində:




Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap