“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov

Tarix 12.08.26, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" "Dinamo" ilə oyunda yaxşı nəticə əldə etməyə çalışacaq.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

O, sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:

"Əvvəlcə "Sabah"ı təbrik edirəm, yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Bizə gəldikdə, pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər. Yaxşı nəticə istəyiriksə, ilk oyundakı səhvləri aradan qaldırmalıyıq. Futbolçular daha diqqətli olmalıdır".

54 yaşlı mütəxəssis ardıcıl oyunlarda qol vurmamağın futbolçularda psixoloji təzyiq yaratdığını etiraf edib:

"Bunu normal qarşılayıram. Belə hallar olur. Bunu aradan qaldırmağa çalışırıq. Qol vurmaq üçün daha artığını etməliyik".

Qurban Qurbanov bildirib ki, "Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıda baş tutacaq görüşdə rotasiyalar gözlənilir:

"Heyətlə bağlı götür-qoy edəcəyik. Oyunçular arasında ən hazırlıqlı olanı Aleksey Kaşukdur. Sabah rotasiyalar edəcəyik. Çox düşünəcək halda deyilik. Əksinə, oyuna köklənməliyik. Matçın axarına uyğun dəyişikliklər edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.//Report



Xəbərin oxunma sayı : 181




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap