“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

Tarix 05.07.26, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməsi vətəndaşlar üçün böyük çətinlik yaradırdı. İmtahandan kəsilən və ya növbəti mərhələyə qatılmaq istəyən şəxslər hər dəfə yenidən rentgen, laborator analizlər və bütün tibbi prosedurlardan keçmək məcburiyyətində qalırdılar.

AzFakt.com xəbər verir ki, məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a rəsmi açıqlama verilib.

​TƏBİB-dən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın 5.6.5-ci yarımbəndinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayışı təqdim etməlidir.

​Rəsmi cavabda daha sonra qeyd olunur:

​"Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.

​Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılıb və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib".

​Beləliklə, aparılan müzakirələr və ictimai qınaq öz bəhrəsini verib - vətəndaşları vaxt və maliyyə itkisinə salan 30 günlük məhdudiyyət artıq 2 aya (60 günə) qaldırılıb.



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap