“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı

Tarix 03.07.26, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin may ayında turizm məqsədilə Azərbaycana səfər edən 146 min 6 nəfər xarici ölkə vətəndaşının 91,2%-i və ya 133 min 101 nəfəri göstərilən xidmətləri qənaətbəxş hesab edib.

Yeniavaz.com xəbər verir ki, əcnəbi turistlərin 8,8%-i və ya 12 min 905 nəfər isə göstərilən xidmətlərdən narazı qalıb.

Qeyd edək ki, əcnəbu turistlər ən çox avtobus xidmətindən narazılıq ediblər. İkinci sırda ictimai iaşə (kafe, restoran) xidmətləri yer alır.
Ölkələr üzrə müqayisə göstərir ki, ən yüksək narazılıq göstəricisi Küveytdən gələn turistlər arasında qeydə alınıb. Bu ölkədən Azərbaycana səfər edən turistlərin 12,24%-i göstərilən xidmətlərdən narazı qalıb.
Sonrakı yerlərdə İsveçrə (11,9%), Kanada (11,5%), Fransa (11,1%), Bəhreyn (11%), Norveç (11%), İordaniya (10,97%) və İraq (10,97%) qərarlaşıb.
Ən aşağı narazılıq səviyyəsi isə Türkmənistandan gələn turistlər arasında qeydə alınıb. Bu ölkədən gələn turistlərin cəmi 7,1%-i göstərilən xidmətlərdən narazı qalıb.

Narazılıq səviyyəsinin ən aşağı olduğu ölkələr sırasında Avstraliya (7,14%), Tacikistan (7,4%), Suriya (7,5%), Cənubi Koreya (7,6%), Gürcüstan (7,9%), Qazaxıstan (8%) və Türkiyə (8%) də yer alıb.

Ayrı-ayrı ölkələr üzrə Azərbaycana gələn ümumi turistlərin içərisində göstərilən xidmətlərdən narazı qalanların nisbəti aşağıdakı kimi olub:
Küveyt — 12,24%
İsveçrə — 11,89%
Kanada — 11,49%
Fransa — 11,06%
Bəhreyn — 10,99%
Norveç — 10,99%
İraq — 10,97%
İordaniya — 10,97%
Yəmən — 10,66%
Litva — 10,55%
Çin — 10,50%
İndoneziya — 10,45%
Qətər — 10,34%
Bolqarıstan — 10,33%
Almaniya — 10,21%
Özbəkistan — 10,21%
Latviya — 9,85%
Qırğızıstan — 9,63%
Belarus — 9,61%
Misir — 9,57%
Polşa — 9,49%
Əlcəzair — 9,49%
İran — 9,49%
İsveç — 9,48%
İtaliya — 9,48%
Moldova — 9,43%
Malayziya — 9,39%
Digər ölkələr — 9,30%
ABŞ — 9,29%
Yaponiya — 9,22%
Birləşmiş Ərəb Əmirlikləri — 9,18%
Oman — 9,18%
Rumıniya — 9,02%
İsrail — 9,00%
Hindistan — 9,00%
Avstriya — 8,89%
Niderland — 8,86%
Macarıstan — 8,83%
aFilippin — 8,80%
İspaniya — 8,76%
Şri-Lanka — 8,71%
Rusiya Federasiyası — 8,70%
Ukrayna — 8,59%
Səudiyyə Ərəbistanı — 8,58%
Pakistan — 8,49%
Mərakeş — 8,45%
Braziliya — 8,22%
Qazaxıstan — 8,00%
Türkiyə — 8,00%
Gürcüstan — 7,90%
Cənubi Koreya — 7,59%
Suriya — 7,50%
Tacikistan — 7,37%
Avstraliya — 7,14%
Türkmənistan — 7,09%



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap