“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR

Tarix 03.07.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidimizin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rauf Əhmədov 1969-cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub və orada itkin düşüb. Həmin zaman şəhidimizin 24 yaşı olub.

***

AZƏRTAC-ın məlumatına görə, Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Salik oğlu Musayev bu gün Ucar rayonunda dəfn olunub.

Əvvəlcə rayonun Boyat kəndində itkin şəhidlə vida mərasimi keçirilib. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Boyat kənd qəbirsanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun, silsiləsi ərazisində gedən döyüşlərdə itkin düşüb.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Möysüm Murad oğlu Əliyevin nəşi Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Əvvəlcə şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid hərbi orkestrin müşayiəti və yaylım atəşi altında son mənzilə yola salınıb.

Qeyd edək ki, M.Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılan Möysüm Əliyev 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Şəhidin şəxsiyyəti aparılan eyniləşdirmə tədbirləri nəticəsində müəyyən edilib. O, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilərək doğma yurdunda dəfn edilən şəhidlərdən biridir.







Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap