“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Keçmiş AXCP üzvü Əli Kərimlini məhkəməyə verib - Açıqlama

Tarix 09.08.24, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli keçmiş partiya üzvü tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.

APA xəbər verir ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmə iclası avqustun 13-nə təyin edilib.

Qeyd edək ki, AXCP sədri bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb.

“Barəmdə xüsusi ittiham qaydasında cinayət işi başladılıb. İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”, - Ə.Kərimli əlavə edib.



Xəbərin oxunma sayı : 1099




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap