Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq

Tarix 04.12.23, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


Geomaqnit sahəsinin aktivliyi bir dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) geomaqnit qasırğasınadək yüksəlib. Hazırda Kp indeksi ikiyə bərabərdir.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Proqnoz günlərində (4-11 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 4-6 dekabrda tac dəliyindən yüksək sürətli axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin mənfi qütblü tac dəliyindən yüksək sürətli axınların təsiri ilə 700km/san-dək artacağı və tac kütlə atılmalarının (TKA) da əlavə təsiri gözlənilir.

Geomaqnit sahəsi-tac dəliyindən yüksək sürətli axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah isə TKA-nın təsiri ilə G1 (zəif) geomaqnit qasırğası gözlənilir.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap