“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bir qrup hərbi qulluqçu tərxis olunub - VİDEO

Tarix 03.10.23, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib:

"Tədbirlərdə çıxış edənlər hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Xidmət müddəti başa çatan əsgərlər qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən böyük şərəf və qürur duyduqlarını bildirib, hərbi xidmət dövründə qazandıqları müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər. Tədbirlərdə xidmət müddəti ərzində icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb".

Sonda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib, onlar yaşadıqları bölgələrə yola salınıblar.





Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap