“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Tarix 22.01.25, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


Badamdar qəsəbəsi ərazisində 20 sot torpaq sahəsi 1 milyon 400 min manat, Bayıl qəsəbəsində 31 sot torpaq sahəsi 6 milyon 500 min manat, Şıxovda isə 80 sot ərazi 4 milyon 800 min manata satışa çıxarılıb.

Ekspertlər deyir ki, Nərimanov rayonu ərazisində də torpaq qiymətləri "əl yandırır". Rayon ərazisində satışa təklif olunan 13 sot torpaq sahəsi 1 milyon 690 min manat, "Gənclik" metrostansiyası yaxınlığında yerləşən 21 sot torpaq sahəsi isə 3 milyon 500 min manata satılır. Torpağın 1 sot dəyəri baxımından növbəti pillələri Nəsimi, Xətai və Yasamal rayonları tutur. Burada torpağın 1 sotunun qiyməti ən az 100 -130-200 min manat arasında təklif edilir.

Əmlak məsəlləri üzrə ekspert Ramil Osmanlı müsahibəsində qeyd edib ki, belə torpaq sahələri çoxmənzilli bina tikintisi üçün olduqca qənaətbəxş hesab olunur və kifayət qədər sərfəlidir. Həmin ərazidə həm mənzilə, həm də kommersiya təyinatlı obyektlərə tələbat yüksəkdir. Torpaq sahələrinin qiymətinin yüksək olması da bu səbəbdəndir.

Ramil Osmanlının sözlərinə görə, bu cür torpaq sahələrində hansısa fərdi yaşayış evinin tikintisi demək olar ki, müşahidə edilmir, çünki artıq paytaxt ərazisində boş torpaq sahəsi yoxdur.

Ekspert qeyd edib ki, fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlar, əsasən Masazır, Xırdalan, Ceyranbatan, Ramana, Əmircan, Mərdəkan, Şüvəlan, Pirşağı, Zaqulbada torpaq almağa üstünlük verirlər. Mərdəkan qəsəbəsinin ucqar yerlərində bir sot torpağın qiyməti 15 min manatdan 40 min manata qədər dəyişir. Bilgəhdə isə elə ərazilər var ki, bir sot torpağın qiyməti 50 min manatdır. Pirşağı, Zaqulba, Novxanıda isə bir sotun qiyməti 15-20 min manat arasındadır.






Xəbərin oxunma sayı : 877




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap