Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Avropa Liqası: “Qarabağ“ ilk qələbəsini qazandı

Tarix 07.11.24, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

AzFakt.com xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər "status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. "Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu "Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi "Lion”a qarşı keçirəcək.







Xəbərin oxunma sayı : 736




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap