“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran və ABŞ rəsmiləri görüşəcək - Tehran amansız zərbələrlə hədələyir

Tarix 02.02.26, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


“İran və ABŞ yaxın günlərdə yüksək vəzifəli rəsmilər səviyyəsində danışıqlara başlaya bilər”.

Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, danışıqların dəqiq vaxtı və yeri hələ müəyyən edilməyib. Görüşün İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində keçirilməsi ehtimal olunur. Mənbə danışıqların başlanmasının yaxın günlər üçün real olduğunu bildirib.

Bununla paralel olaraq Tehrandan Vaşinqtona ünvanlanan sərt bəyanatlar da səslənib. Tehran Şəhər Şurası sədrinin müavini Pərviz Sərvari ABŞ-nin mümkün hücumuna İranın qəti və amansız cavab verəcəyini deyib.

O, amerikalı hərbçilər üçün guya qəbir yerlərinin hazırlanması ilə bağlı xəbərləri şərh edərək bunun simvolik xarakter daşıdığını vurğulayıb.

“Əgər onlar İrana hücum edə biləcəklərini düşünürlərsə, amerikalı əsgərlər üçün beş min qəbir kifayət etməyəcək. Biz bütün ölkəni amerikalılar üçün qəbiristanlığa çevirərik”, – deyə Sərvari “Mehr” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cavab tədbirləri ABŞ-nin hərbi bazalarına, gəmilərinə və hücumu dəstəkləyən ölkələrə qarşı yönələcək. Təhdid dənizdən gələrsə, İran Hərbi Dəniz Qüvvələri, qurudan olarsa, quru qoşunları cavab verəcək.

Xatırladaq ki, daha əvvəl Mehr agentliyi Tehrandakı “Beheşt-Zəhra” qəbiristanlığında mümkün amerikalı itkilər üçün bir neçə min qəbirlik sahənin hazırlandığını yazmışdı.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap