Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Şakira Ginnesin rekordunu qırdı: 422 milyon dollar qazandı

Tarix 31.01.26, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


Şakira rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.  

“Billboard” xəbər verir ki,  Kolumbiyalı superulduz bütün zamanların ən çox gəlir əldə edən Latın Amerikalı sənətçisi rekordunu qırıb.

Onun dünya turnesi olan "Las Mujeres Ya No Lloran" (Qadınlar artıq ağlamır) 2025-ci ilin fevral ayında başlayıb və 2026-cı ildə də  davam edir.
Bu müddət ərzində Şakiranın 3,3 milyon bilet satılıb, 86 konsert verib və bu konsertlərdən 421,6 milyon dollar qazanıb.

Bu, əvvəlki rekordçu 2,9 milyon bilet satılaraq 409,5 milyon dollar gəlir əldə edən Luis Miguelini keçib. Bundan əvvəl bu rekord Bad Bunnyyə məxsusolub. O, “World `s Hottest Tour” zamanı 1,9 milyon bilet satılaraq 314,1 milyon dollar qazanıb. 

Rekord rəsmi olaraq 11 dekabr 2025-ci ildə, Şakiranın turu 410 milyon dollardan çox gəlir əldə etdikdə qırılıb. Və bu, uğurun sonu deyil. Müğənni 2026-cı ildə daha doqquz konsert verməyi planlaşdırır.

Sənətçi özü etiraf edib və deyib: “Bu rekordu qırmaq mənim üçün böyük bir mərhələdir, xüsusən də tarixən Latın Amerikası və İspaniyada neçə böyük sənətçinin qastrol səfərində olduğunu nəzərə alsaq. 30 illik zəhmət və çətinliklərlə dolu karyeramdan sonra belə bir anı yaşamaq sadəcə inanılmazdır. Sədaqətlərinə və ehtiraslarına görə pərəstişkarlarıma sonsuz minnətdaram. Onlar olmasaydı, bunların heç biri baş verməzdi. Şübhəsiz ki, dünyanın ən yaxşı pərəstişkarlarım var".



Xəbərin oxunma sayı : 1165




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap