Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi - Günahkarlar kimdir?

Tarix 02.02.26, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Təşəbbüs Qrupu Hindistanın iki nüfuzlu insan haqları təşkilatı tərəfindən hazırlanmış araşdırma sənədinin təhlilini apararaq geniş ictimaiyyətə təqdim edib.

Oxu.Az xəbər verir ki, "Who Are the Guilty?" adlı hesabat 1984-cü il noyabr ayında Hindistanın iki nüfuzlu insan haqları təşkilatı - Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi ("People`s Union for Civil Liberties" - PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi ("People`s Union for Democratic Rights" - PUDR) tərəfindən birgə hazırlanmış müstəqil faktaraşdırma sənədinə əsaslanır.

Təhlil 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında ərsəyə gətirilib.

Sənədin məqsədi 1984-cü il 31 oktyabrdan başlayaraq paytaxt Dehli və ətraf ərazilərində siqh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.

Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtararaq sağ qalanların, şahidlərin, qaçqın düşərgələrində yerləşən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Əsas nəticə ondan ibarətdir ki, baş verən zorakılıqların rəsmi açıqlamalardan fərqli olaraq, hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırıldığı və təşkil olunduğu sübut edilir.

Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu qeyd edir.

Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi qeydə alınıb. Zorakılığın daha genişmiqyaslı sosial və iqtisadi nəticələri də dərin olub.

Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 min nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 mindən artıq şəxs evsiz qalıb, köçkün vəziyyətinə düşüb. Minlərlə ailə başsız, yüzlərlə uşaq yetim qalıb, çoxsaylı şəxslər ağır bədən xəsarətləri alıb. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıb, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirib, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşiblər.

Hesabata əsasən, 20-50 yaş arası gənc siqh kişiləri evlərdən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə isladaraq, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetiriliblər. Eyni zamanda geniş miqyasda qarət həyata keçirilib, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib. 14-50 yaş arası qadınlara qarşı ən azı dörd belə hal sənədləşdirilib.

Hesabatda bu hadisələrin sistemli xarakteri və dövlət qurumlarının məsuliyyəti nəzərə alınaraq, dərhal müstəqil məhkəmə araşdırmasının aparılması və məsul şəxslərin cəzalandırılması tələb edilib.

Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, siqhlərə qarşı törədilmiş qanlı hadisələrə görə yüksək ranqlı məmurların və siyasi fiqurların heç biri cəzalandırılıb.

Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən "dövlət səviyyəsində təşkil olunmuş qırğın" (organized carnage) kimi xarakterizə olunub. Bu, geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.

Qeyd edək ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən siqh icmalarının nümayəndələri Hindistan hökumətindən adıçəkilən təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb ediblər.



Xəbərin oxunma sayı : 1393




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap