“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - FOTO

Tarix 28.01.26, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmil Əliyevdir.

Diaspor sədri Dünya Azərbaycanlılarının II, III, IV, V Qurultaylarında iştirak edib. Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalla təltif edilib.

Ailə üzvləri saytımıza bildirilib ki, mərhum Krasnodar Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərib:

“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.






Xəbərin oxunma sayı : 142




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap