“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Finlandiya bütün yaxşı əlaqələrin üstündən xətt çəkdi - Dmitri Medvedev

Tarix 01.02.26, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


Finlandiya Prezidenti Aleksandr Stubb ölkəsinin vaxtilə Hitler Almaniyasının "oyuncağı" olduğunu və İkinci Dünya müharibəsindən sonra finlərə bunun bağışlandığını daim unudur.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra tərəflər arasında mehriban və konstruktiv əlaqələr inkişaf etməyə başlayıb. O, həmin dövrdə Finlandiyanın xarici siyasətində "Paasikivi-Kekkonen xətti"nin formalaşdığını və bunun müxtəlif ictimai quruluşa malik dövlətlərin dinc yanaşı yaşaması demək olduğunu xatırladıb.

Rusiya rəsmisi Finlandiyanın iqtisadi rifahının SSRİ bazarı sayəsində təmin edildiyini iddia edib: "Finlandiyanın istehsal etdiyi orta keyfiyyətli malların əhəmiyyətli hissəsi Sovet İttifaqında satılırdı. Finlandiya bunun hesabına mövcud idi. SSRİ dağıldıqdan sonra da əlaqələrin sürətlə inkişaf etdiyini (investisiyalar, turizm səfərləri və bir çox digər sahələri) demirəm. İndi isə onlar bütün bunların üstündən xətt çəkiblər".

Siyasətçi Finlandiyanın hazırkı mövqeyini tənqid edib: "Düzünü desəm, onlar qəribə adamlardır. Mənim üçün bu, sadəcə təəccüblüdür. Əslində, biz Finlandiya üçün ən yaxın qonşuyuq".(Teleqraf)



Xəbərin oxunma sayı : 94




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap