“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan əhalisinin artım tempində azalma var - Səbəb nədir? +VİDEO

Tarix 02.02.26, 8:45

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə ölkədə əhalinin artım tempində azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən mütsəqillik dövründən bəri ölkədə ən aşağı göstərici ötən il qeydə alınıb.

İlkin məlumatlara görə, ötən ilin ilk 10 ayında 80 min 802 uşaq dünyaya gəlib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ölkədə 102 min 310, 2023-cü ildə 112 min 620, 2022-ci ildə isə 122 min 846 uşaq anadan olub.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, son illərdə doğum səviyyəsinin azalması təkcə statistik göstərici deyil, həm də uzunmüddətli sosial və iqisadi risklər yaradan ciddi demoqrafik çağırışdır. O hesab edir ki, bunun üçün kompleks və ardıcıl addımlar çox vacibdir.

Rəşad Mahmudovun sözlərinə görə, selektiv abortlar  təbii artıma ciddi təsir göstərir.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı isə hesab edir ki, əhalinin artım tempində azalma ictimai və psixoloji amillərlə bağlıdır.

Sosioloq Üzeyir Şəfiyevun fikrincə, Azərbaycan ilk dəfədir bu göstəriciyə sahibdir. Bu baxımdan, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə tətbiq olunan demoqrafik təşviq alətlərindən istifadə etmək mümkündür. Məşğulluğa dəstək proqramları, toy xərclərinin qarşılanması da belə təşviq alətlərindən sayılır.

Onu da qeyd edək ki, rəsmi statistikaya əsasən bu il anadan olacaq uşaqların təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır.




Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap