“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Neft Fondu son 2 gündə 9,6 milyard manat “itirdi” - SƏBƏB

Tarix 02.02.26, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, son 2 gün ərzində qızılın qiyməti kəskin şəkildə aşağı düşüb.

Yeniavaz.com xəbər verir ki, qızılın kəskin şəkildə ucuzlaşması Dövlət Neft Fondunun aktivlərinin də dəyər ifadəsində kəskin şəkildə azalmasına səbəb olub.

Qeyd edək ki, bu ilin əvvəlinə olan sonuncu hesabata görə, Fondun ümumi aktivlərinin 38,2%-i qızılda saxlanılır. Fondda saxlanılan qızılın ümumi miqdarı isə 200 ton təşkil edir.

Azərbaycan Mərkəzi Bankının 2 gün əvvəl açıqladığı rəsmi məzənnəyə görə, qızılın bir qramının qiyməti 304,7 manat olub. Bu isə o deməkdir ki, Neft Fondunda saxlanılan qızılın dəyəri 2 gün əvvəl 35 milyard 847 milyon dollara (60,9 milyard manat) çatıb.

Mərkəzi Bankın bu gün açıqladığı məlumatda isə qızılın bir qramının qiyməti 256,5 manat göstərilib. Belə olan halda, Neft Fondunda saxlanılan qızılın ümumi dəyəri bu gün 30 milyard 176 milyon dollara (51,3 milyard manat) düşüb.

Açıqlanan məlumatlar göstərir ki, son 2 gündə Neft Fondunun qızılda saxlanılan aktivlərinin dəyəri sarı metalın kəskin ucuzlaşması səbəbindən 9,6 milyard manat azalıb.



Xəbərin oxunma sayı : 409




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap