“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Trampdan İrana sərt xəbərdarlıq - 3 şərt irəli sürüldü

Tarix 29.01.26, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İrana qarşı təhdidlərini daha da sərtləşdirib. 

“New York Times” yazır ki, Donald Trampın aylar sonra İrana qarşı ikinci birbaşa hərbi təhdidlə çıxış etməsi ABŞ-nin bölgədə ciddi hərbi qüvvə topladığı dövrə təsadüf edir. 

Tramp “razılaşma”nın detalları barədə açıq danışmasa da, “nəhəng bir donanmanın İrana doğru hərəkət etdiyini və Tehranın razılaşma imzalamalı olduğunu” bildirib. ABŞ və Avropa rəsmilərinin məlumatına görə, danışıqlarda İrana üç əsas şərt təqdim olunub:

- Uranın zənginləşdirilməsinin tam və daimi dayandırılması;

- Ballistik raketlərin sayı və uçuş məsafəsinə məhdudiyyətlərin tətbiqi;

- HƏMAS, “Hizbullah”, Yəməndəki husilər də daxil olmaqla, Yaxın Şərqdəki bütün müttəfiq qruplara dəstəyin dayandırılması.

Maraqlıdır ki, ötən ilin dekabrında İranda baş verən və genişmiqyaslı etirazlara səbəb olan hadisələrlə bağlı Vaşinqton tərəfindən heç bir tələb irəli sürülməyib. Halbuki Tramp əvvəllər sosial şəbəkələrdə etirazçılara dəstək ifadə etmişdi. İran hakimiyyəti iğtişaşlar zamanı 3117 nəfərin həlak olduğunu açıqlasa da, insan haqları təşkilatları ölənlərin sayının 3 400–6 200 arasında olduğunu iddia edir.

Məlumatlara görə, Tramp Venesueladakı əməliyyatdan sonra daha da cəsarətlənib və İranın dini rəhbərliyi ilə İnqilab Keşikçilərini qorxutmaq məqsədilə açıq şəkildə “rejimin başını kəsmə” ifadəsindən istifadə edib. Bu proses İran daxilində sistemin nə qədər həssas olduğunu da üzə çıxarıb.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap