| |
|
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Müstəqil Azərbaycan gəncliyi hər zaman öndədir
Tarix 02.02.26, 5:12 |
|
Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə hamilik edib onların qüvvəsindən səmərəli istifadəni ölkəmizin gələcəyi üçün başlıca amil adlandıran Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə dövlət siyasətinin başlıca istiqaməti kimi diqqət artırıldı.
«Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır» sözləri ilə ölkəmizin gələcəyini etibar etdiyimiz yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1997-cı ildə Gənclər Gününü təsis etməklə də gənclərə qayğısını reallaşdırdı. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin qarşıdakı illər üçün inkişaf konsepsiyasını gənclərin cəmiyyətdə rolunun artırılmasını təmin edəcək prioritetlər əsasında formalaşdırdı.
Ötən əsrin 70-80-ci illərində ölkə gənclərinin ixtisaslı kadr kimi yetişdirilməsini başlıca məqsəd kimi qarşıya qoyan, azərbaycanlı oğlan və qızların SSRİ-nin tanınımış ali məktəblərində təhsillərini davam etdirmələri üçün ciddi səy göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra özünü doğruldan təcrübəsini davam etdirdi. Müstəqil ölkə olan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. Gənclərin ümumi maraqlarına uyğun keçirilən forumlarda qarşıya qoyulan «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» vəzifəsi yeni nəslin nümayəndələrinin fəallığını daha da artırdı. Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, 2 fevral tarixinin hər il ölkəmizdə Gəncləri Günü elan edilməsi mütərəqqi təcrübə kimi MDB məkanında və Şərqi Avropa ölkələrində dəstəkləndi. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə yeni nəslin qarsısında duran məqsəd və vəzifələr daha aydın və dəqiq göstərildi: Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq.
Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Azərbaycan gəncliyinin yenilməz qüvvəsindən məqsədyönlü istifadə edən Prezident İlham Əliyev gənclər siyasətinin daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar yaratdı. «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimiz olan yeni nəslin nümayəndələrində özünə güvəni artırdı. Onların XXI əsrin tələbi olan yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaradıldı.
Gənclərin hamisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan olunması, şəhər və kəndlərimizdə «Gənclər evi»lərinin yaradılması, xarici ölkələrdə təhsil alanların sayının artırılması ölkə gəncliyinə diqqət və qayğının ifadəsi, dövlət siyasətimizin əsas istiqamətlərindən olan «Qara qızıl»ın insan kapitalına çevrilməsi» strategiyasının uğurlu həlli idi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılan Gənclər Fondu mütəxəssislərə daha bir qayğı idi.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi sahə gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları idi. Bu məqsədlə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edildi.
«Prezident Mükafatı»nın təsis edilməsi ilə elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil sahəsində biliklərini sınayan gənclər arasında sağlam rəqabət yarandı. Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan «Yüksəliş» müsabiqəsi gənclərin intellektual səviyyələrinin artırlmasına, idarəçilik məharətlərinin təkmilləşməsinə dəstək oldu. Gənclər Fondu nəzdində respublikamızın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzləri (GİKM) fəaliyyətə başladı. Beynəlxalq idman və müsiqi bayramlarında yadda qalan yeniliklərdən olan Könüllülər hərəkatına qoşulanların sayının artması, 2020-ci ilin «Könüllülər ili» elan olunması da gənclərdə humanizm, xeyirxahlıq, etik davranış qaydalarının formalaşmasını təmin edən bəşəri dəyərlərə sadiqlik idi. Azərbaycanda Könüllülər hərəkatının geniş vüsət aldığını xeyirxah təsəbbüs kimi dəyərləndirən dövlət başçımız «Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır» sözləri ilə könüllülərin Azərbaycan brendi olan «ASAN xidmət»lərdəki fəaliyyətlərini kadr hazırlığının ilkin mərhələsi kimi dəyərləndirir.
Xalqımızın qürur mənbəyi olan, əsasən gənclərdən ibarət hərbçilərimizin rəşadətini «Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik» sözləri ilə dəyərləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində üstünlüklərini təsdiq edən gənclərimizin siyasi hazırlığını da yüksək qiymətləndirir və hər iki cəbhənin qaliblərini xalqımızın qürur mənbəyi adlandırır. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə daha çox xidməti olan Silahlı Qüvvələrin əsgər və zabitləri kimi, vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz də ənənəvi informasiya resurslarından, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək haylara layiq olduqları cavabları verdilər. Bu fəallıq gənclərin Vətənə sonsuz məhəbbətlərinin ifadəsidir.
Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Bu sahədə gənclər xüsusilə fərqlənirlər. Dünyada baş verən siyasi hadisələri müasir düşüncə tərzi ilə təhlil edən yeni nəslin nümayəndələri ilk növbədə xalqımızın tarixini yaxşı bilməlidilər. Prezident İlham Əliyevin müasir günümüz üçün xarakterik olan «Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək» sözləri gənclərimizi suverenliyimiz və əbədi müstəqilliyimiz yolunda daim mübariz olmağa çağırışdır.
Pəhlivan Qarayev
Xəbərin oxunma sayı : 130
Sosial
Xəbərlər
-
Ramazan ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO
-
“Epşteyn qalmaqalı“ böyüyür: Yeni adlar ortaya çıxdı
-
Prezidentdən Gənclər Günü ilə bağlı - Paylaşım
-
Əmlak bazarının “qara qutusu“: “Paket-kupça“ nədir?
-
Azərbaycan əhalisinin artım tempində azalma var - Səbəb nədir? +VİDEO
-
Sahibkarların yeni “vergi oyunu“ - Alış-veriş edərkən aldanmayın
-
Bu gün Azərbaycanda Gənclər Günüdür
-
Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulmuşdur
-
Müstəqil Azərbaycan gəncliyi hər zaman öndədir
-
Aygün Kazımova ilə Manananın gürcü rəqsi - VİDEO
-
Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır
-
Tikintidə yeni yanaşmalar tətbiq edilir - VİDEO
-
Azərbaycan XİN-dən Pakistana dəstək: “Mənfur terror aktlarını pisləyirik“
-
“Kubada yanacaq çatışmazlığı müşahidə olunur“ - “The Guardian“
-
Bıçaqla “kişilik sübutu“: Yeniyetmələr arasında təhlükəli düşüncə yayılır
-
“Səfalı“ MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
-
Finlandiya bütün yaxşı əlaqələrin üstündən xətt çəkdi - Dmitri Medvedev
-
“ABŞ ilə gözlənilən müharibənin qarşısını almaq mümkündür“ - Əraqçi
-
Daş dövrünün studiyasında gəmidəkilərin gəmiçi ilə davası - Vahid Mustafayevin YAZISI
-
İş təklifi ilə Türkiyəyə gedən şəxs dələduzluqla üzləşib - VİDEO
-
Sosial şəbəkələrdə etiraz dalğası: Klinikalarda nələr baş verir?
-
ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirə bilər - Serbiya Prezidenti
-
Cəlilabadda 14 və 15 yaşlı yeniyetmələr baltalandılar: Əmi şübhəli bilinir
-
Müasir futbolda “yeni reallıq“: “Qoca“ futbolçuların artan dəyəri
-
Azərbaycanda toy qaydaları dəyişir -YENİLİK
-
“Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq“ - “The New York Times“
-
Avropa İttifaqında qadınların hakimiyyət savaşı: KİV təhlükə ilə bağlı xəbərdarlıq etdi
-
“Makler“lərin böyük yalanı: “Fundament torpağın altındadır, görünmür”
-
“Ukrayna, ABŞ və Rusiya arasında danışıqların tarixi dəyişdirilib“ - Zelenski
-
Azərbaycan ərazisindən keçən yük Ermənistana göndərildi - Fotolar
-
Tovuzda 32 yaşlı kişi bıçaqlandı - Saxlanılan var
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - Dumana görə
-
“ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq“ - Xamenei
-
Tikinti materialları bu qədər bahalaşacaq - RƏSMİ
-
ÇL-in hazırkı qalibinə qarşı oynamaq əla olardı - Abdullah Zubir
-
Azərbaycan “qocalır“: Uşaq sayı azalır, yaşlılar artır
-
Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir - WSJ
-
Qar yağacaq, külək güclənəcək - Sabahın havası
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Arvadını öldürmək istəyirmiş, anası araya girib... - Goranboyda dəhşət
-
Sürücülərin “qaranlıq imtahanı“: Magistral yolda işıqlar niyə söndürülüb?
-
“Vəhdət“ rəhbərliyi Xalq artistini xəstəxanada ziyarət etdi - FOTO
-
Pakistan ordusu Bəlucistanda əməliyyat keçirdi - 92 üsyançı öldürüldü
-
Sayğacdakı problemə görə fantastik məbləğdə borc gəldi - Video
-
“İran ABŞ ilə ciddi danışıqlar aparır“ - Tramp
-
Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır
-
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
-
Yeni metro stansiyaları əmlak qiymətlərinə təsir edəcək? - VİDEO
-
“ABŞ ilə danışıqlar sisteminin formalaşması inkişaf edir“ - İranın Təhlükəsizlik Şurası
-
Sürücülərə hansı hallarda yağı dəyişmək mütləqdir? - VİDEO
-
Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil - Zelenski
-
Məktəbdə şagirdə qarşı zorakılıq: Xanım direktor barəsində cinayət işi açıldı
-
Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır - İlham Əliyev
-
Şəhərin mərkəzində kanalizasiya xətlərindən şikayət - VİDEO
-
İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?
-
Avropa liderləri Trampa qarşı mübarizə planı hazırlayıblar - “The New York Times“
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib - Nələr müzakirə olunub?
-
Banklar daha çox hansı sahibkarı seçir? - Biznes kreditlərinin bölgüsü
-
Şakira Ginnesin rekordunu qırdı: 422 milyon dollar qazandı
-
Azərbaycanda əhalinin bank əmanətləri artıb - RƏQƏMLƏR
-
İran bu halda ABŞ ilə enerji sahəsində əməkdaşlığa hazırdır - Əraqçi
-
Bu deputatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar? - Adlarına VÖİN var...
-
“Enerji sistemi işləyir, vəziyyət nəzarət altındadır” - Şmiqal
-
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
-
Kapital Bankın faiz siyasəti narazılıq doğurub: Ekspert müştəri hüquqlarının pozulduğunu deyir...
-
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi - Fotolar
-
Sumqayıtda qızıl almağa gələn “müştəri“ oğru çıxdı - VİDEO
-
Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb - Ağdamdakı cinayətin təfərrüatı
-
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
-
Pakistanda bir gündə 12 terror aktı - 58 silahlı məhv edildi
-
Bakı - Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır
-
İranda partlayışlar baş verib - Ölənlər və yaralananlar var
-
Azərbaycanın Türkiyədəki səfirliyi Rəsulzadəni anıb - FOTOLAR
-
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
“NexTrack“ şirkəti müqaviləsiz işçi çalışdırıb - 20 min cərimə
-
Türkiyədə narkotikə qarşı əməliyyatlar: Xeyli sayda tanınmış simalar saxlanıldı
-
Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq - FOTO
-
Azərbaycan səhiyyəsində tarixi nailiyyət: İlk ürək transplantasiyası
-
Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub...- Hacı Nuran
-
“Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq“ - Əraqçi
-
Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb - Statistika
-
Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - MÜQAVİLƏ
-
Bu ərazilərdə duman var - FAKTİKİ HAVA
-
Azərbaycanda donor olmaq istəyənlərin sayı AÇIQLANDI
-
İcra başçısı vəzifəsindən niyə azad olunub? - Deputat açıqladı
-
Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli - keçə bilməyənlər necə rəhbər olur?
-
Aldığı evdən 18 ildən sonra çıxarılır? - TƏFƏRRÜAT/VİDEO
-
“İran hadisələrin istənilən inkişaf variantına hazırdır“ - Əli Şamxani
-
“Bəzi vəkillər sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirirlər“ - Anar Bağırov
-
Aqşin Yenisey Anara cavab verdi - “Kimi sürgün edib, güllələtdiriblərsə...“
-
“Epşteyn işi” ilə bağlı yeni sənədlər elan olundu - Maskın da adı var
-
Özbaşına tikilən evlər sənədləşdiriləcək? - Ekspert danışdı
-
Ağdamda qadın bıçaqlandı - Əri saxlanıldı
-
Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? - SİYAHI
-
Venesuelada bütün siyasi məhbuslar əfv olunur - Rodrigesdən amnistiya qərarı
-
Bakıda Xalq artistinin oğlunu döydülər - Saxlanılan var
-
“Neçə illərdir qazımız yoxdur, soyuqdan əziyyət çəkirik“ - Salyan sakinlərindən şikayət
-
“ABŞ İrana Venesuela ilə müqayisədə daha böyük qüvvələr göndərir“ - Tramp
-
Biləcəridə yol problemi:“Gediş-gəliş mümkün deyil, batırıq“
-
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - Anadan olmasından 142 il ötür
-
ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır - Hikmət Hacıyev
-
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
-
“Nyukasl” digər komandaların heç birindən zəif deyil” - Qurban Qurbanov
-
“Vesta Construction“ MMC-nin eyni mənzili bir neçə nəfərə satdığı iddia edilir - VİDEO
-
Bir qrup fermer “P-Aqro” MMC-yə satdıqları pambığın pulunu ala bilmirlər - VİDEO
-
Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir...
-
Yıldız Tilbenin vəkilindən Vəfa Şərifovaya cavab - “Cinayətdir”
-
“Qurtuluş“ Reabilitasiya Mərkəzindəki qanunsuzluq - 3 nəfər həbs olundu
-
Zelenski kompromisləri rədd etdi - “Putin bunu qələbə kimi təqdim etmək istəyir“
-
Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi - Sərəncam
-
Dini ziyarət üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - Siyahı
-
Abituriyentlərə şad xəbər: test bankı təkmilləşdiriləcək
-
“Tehran da onları terrorçu kimi tanıyacaq” - Əli Laricani
-
Qonşunun evinə soxulub 13 yaşlı qızına təcavüz edənə - 18 il həbs verildi
-
Prezidentin təltif etdiyi gənclər kimlərdir? - FOTOLAR
-
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə
-
İqtisadi Şuranın iclası keçirildi:nələr müzakirə olunub? (FOTO)
-
Azərbaycanda kitabxanalar bağlanır? - Nazirlikdən reaksiya
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
TOP 10
ARXİV






