“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sahibkarların yeni “vergi oyunu“ - Alış-veriş edərkən aldanmayın

Tarix 02.02.26, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi dükanlarda vətəndaşlar nağdsız ödəniş etmək istədikdə onlara fərqli qiymət təklif olunur. Əgər nağd ödəniş edilsə, endirim tətbiq edilir, lakin kartla ödəniş zamanı endirim mümkün olmur.

AzFakt.com ATV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu, həm qanunsuz, həm də istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.


Hüquqşünas Roman Qaraşov bildirib ki, sahibkarların belə addımları vergi öhdəliklərindən yayınmaq məqsədini güdür və qanunsuzdur. Hər hansı istehlakçıya kassadan qəbzin verilməməsi ilə bağlı Vergi Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.

Ekspert həmçinin qeyd edib ki, nağdsız ödəniş zamanı kartdan-karta köçürmə tələb etmək və endirim verməmək, yalnız vergi öhdəliklərindən yayınmaq deyil, həm də istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı hüquqları haqqında qanunun 7-ci maddəsinə görə, hər bir məhsul üçün yazılı sənəd - kassadan qəbz və ya digər təsdiqedici sənəd verilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qanunvericilik bütün vətəndaşlara ticarət və xidmət sahələrində bərabər hüquq tanıyır. İstehlakçıların hüquqlarının pozulması hallarında müraciət etmək imkanı mövcuddur.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap