“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda bu qadağalar qüvvəyə mindi - Sərt cəza veriləcək

Tarix 02.02.26, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar fevralın 1-dən qüvvəyə minib.

AzFakt.com xəbər verir ki, yeni qaydalar mədəni irs xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qorunmasının hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyəti olduğunu bir daha vurğulayır.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

 "Tarix və mədəniyyət abidələri” sözləri "mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılıb;

Beynəlxalq təcrübə nəzərə alınaraq  daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar  fərqləndirilib;

Mədəni sərvətlərə münasibətdə "korlama” və "məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilib;

Mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilib;

"Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə  (246-1) əlavə edilib;

Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər birmənalı şəkildə cinayət məsuliyyətinə səbəb olması ilə bağlı İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilib;

İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilib;

Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar proporsionallaşdırılıb.

Mədəniyyət Nazirliyində hesab edirlər ki, bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.

Qeyd edək ki, Prezident İlham Əliyev bunun üçün Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və "Mədəniyyət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli qanunu imzalayıb.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap