| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Yeni Azərbaycan Partiyası – zəngin və şərəfli Zəfər yoludur
Tarix 21.11.26, 8:00 |
|
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, o cümlədən ölkəmizin müstəqillik dövrü müstəsna əhəmiyyətə malik olan siyasi hadisələrlə zəngindir.
Bunlardan biri də müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.
Noyabrın 21-də müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 34 il ötür.
Yeni Azərbaycan Partiyası 34 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir.
Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri – ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli Liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu Öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə Ümummilli Liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdur ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə Ümummilli Lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu Öndər Heydər Əliyevdə görən insanlar – Ümummilli Liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli Lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü.
Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq Ulu Öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli Liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli Liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli Liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada – Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir.
Məhz bu ərəfədə – 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfranslarını keçirməyə başladı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.
Bu gün partiyamiz öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Partiyamız qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Xüsusilə də, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir.
Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də tarixi əhəmiyyətli və möhtəşəm nailiyyətlərə imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verəcək.
Rəşad Qurbanov
Xəbərin oxunma sayı : 103
Sosial
Xəbərlər
-
Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“
-
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
-
Söküntülər, tələbə axını və bahalı mənzillər - Bakıda kirayə haqqı niyə artır?
-
"Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - İlham Əliyev
-
Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
-
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik” - Paşinyan
-
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
-
TƏBİB yoxlama aparmışdı - Şöbə müdiri işdən çıxarıldı
-
“Vyetnama Vətən müharibəsi dövründəkii dəstəyə görə minnətdarıq“ - İlham Əliyev
-
Buğda istehsalında məhsuldarlıq necə artırılacaq? - Palata rəsmisindən açıqlama
-
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” - Melaniya Tramp
-
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Prezident
-
20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri
-
Almaniyalı nazir Bakının şərtini dəstəklədi - Ermənistan Konstitusiyası dəyişdirilməlidir
-
Prezident və xanımının şərəfinə rəsmi nahar verilib - Fotolar
-
Berlində gizli danışıqlar: ABŞ və İran arasında vasitəçilik hələlik nəticə vermir
-
“Yorğun halda sükan arxasına əyləşməyin” - Yol polisindən sürücülərə müraciət
-
Abbaszadə BDU-da kadr dəyişikliyinə başladı - Nərmin Heydərli vəzifəsindən azad edilidi
-
Tikinti sektorunda geriləmə - Mənzil bazarını nə gözləyir?
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
-
“Böyük bosslar dünyanın taleyini həll edə bilməz” - Zelenski
-
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı
-
Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video
-
Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar
-
İsa Qəmbərin Almaniyaya səfərinə icazə verilmədi - Hava limanından geri qaytarıldı
-
“Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik“ - To Lam
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - SİYAHI
-
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - Fotolar
-
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
-
Məni öldürmək istəyirlərsə, demək, İranın vəziyyəti həqiqətən pisdir - Bessent
-
Badamdarda sürüşmə, evin həyəti ikiyə ayrıldı - VİDEO
-
Azərbaycan və NATO rəsmiləri görüşdü - Nələr müzakirə olundu?
-
“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama
-
Qan təzyiqi dərmanları tibbi sığorta ilə qarşılanacaq - VİDEO
-
Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
-
Zabrat qəsəbəsində səki keçilməz vəziyyətdədir - VİDEO
-
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
-
“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq
-
Azərbaycan Prezidentinin Hanoyda rəsmi qarşılanma mərasimi oldu - VİDEO
-
Yeni Azərbaycan Partiyası – zəngin və şərəfli Zəfər yoludur
-
Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası
-
“Tünzalə keçmişini unudandır“ - Elza Seyidcahan
-
“Şərur İnşaat“ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır
-
Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər - “Politico”
-
Pambıq yığımı kəskin azaldı: Məhsulun üçdə biri hələ də sahələrdədir
-
Şimali Kiprdə saxlanılan 3 azərbaycanlıya qarşı ittiham ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
“Bu yarışda qalib gələn hər şeyə sahib olacaq“ - Tramp
-
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır - İcra Hakimiyyətindən ŞİKAYƏT
-
Hansı rayonlarda qoyun və keçilərin sayı nə qədər artıb? - SİYAHI
-
Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır
-
Milyonlar xərclənib, amma biri də işləmir: Bakıda elektromobil sahiblərinin “rozetka” dərdi
-
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır - 2 MİLYON MANAT!
-
Hansı rayonlarda insanlar kafe-restoranlarda nə qədər pul xərcləyib? - Tam siyahı
-
Bazarda qiymətlər “əl yandırır”: soğan 3 dəfə, xiyar isə 2 dəfə bahalaşdı
-
“Aqrar Sığorta” 9 aylıq maliyyə göstəricilərini gizlədir - İLGİNC
-
Putin səhvən Polşaya dronlar və bir neçə raket göndərib - Tramp
-
Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Azərbaycanda ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - Siyahı
-
Prezidentin Vyetnama səfərindən görüntülər paylaşıldı - VİDEO
-
Bakıda kişi siqaretə görə arvad-uşağını döydü - TƏFƏRRÜAT
-
İŞİD-ə qoşulan azərbaycanlılar mağara düşərgəsində ələ keçirildi - DTX-dən xüsusi əməliyyat
-
Avropanın ən borclu ölkələri açıqlanıb - Yunanıstan və İtaliya liderdir
-
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
-
Yeni marşrut xətti açılır - 4 avtobus 15 dəqiqə intervalla işləyəcək
-
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir - “İki aydan çoxdur ki...“
-
Əhalinin sayı artdı, doğum və nikah göstəriciləri gerilədi - STATİSTİKA
-
İcra başçısının şikayəti təmin edildi – Kəndli cərimələndi
-
Milyonluq borc mübahisəsi: “TVM İnşaat“ın hesabları donduruldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Nədə ttiham olunur?
-
“Nar ağaclarını kəsib yerində restoran tikirlər” - VİDEO
-
Xaricdən Azərbaycana tonlarla heyvan qaraciyəri gətirilib - Kiloqramı 3,9 manata
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO
-
Baş prokuror Binəqədidə vətəndaş qəbulu keçirdi - FOTO
-
Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb - TƏFƏRRÜAT
-
Nərimanov icra hakimiyyəti parkın ərazisini “MADO” restoranına satıb? - VİDEO/FOTO
-
“İS.M.M“ MMC daha bir tender qazandı - Bərdədən sonra Şabrandan 445 min manatlıq sifariş
-
Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi - Yeni abidələr əlavə olundu
-
Məşhur şirkətin Bakıdakı otelinin yerləşdiyi bina 2,4 milyona hərraca çıxarıldı - Fotolar
-
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə sədri ilə görüşüb - Fotolar
-
AMEA-nın strukturunda dəyişiklik edildi - Elmi müəssisələrin sayı artırılır
-
Orxan Kəngərli ilə birlikdə aptek müdiri də tutuldu - Nədə ittiham olunur?
-
İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
-
Maliyyə Nazirliyində yeni təyinat - Soltanov direktor oldu
-
ABŞ rəsmisi Qayanaya Essequibonun bir hissəsini Venesuelaya verməyi təklif edib - Reuters
-
Prezident Vyetnamın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Nar ixracına məhdudiyyət qoyula bilər - AQTA-dan xəbərdarlıq
-
“Böyük vədlərlə başlamaq istəməzdim“ - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
YAP – dünənin, bu günün və sabahın partiyasıdır
-
Milyonlarla manatlıq tenderlər qazanan şirkət fəaliyyətini dondurdu - TƏFƏRRÜAT
-
Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
-
Beyləqanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu - Fotolar
-
Media qurumlarına xəbərdarlıq: Saxta göstəricilərə görə maliyyə dayandırılacaq
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzində - Fotolar
-
Bakıda həkimin cangüdəni ilə sürücüsü dava saldı: biri bıçaqlandı
-
“Atlant“ın rəhbəri Tahir Qədəşov vəfat etdi - ürək çatışmazlığından...
-
Torpaqlarımızı Rusiyaya vermək istəsəydik, bunu 2022-ci ildə edərdik - Zelenski
-
Sabiq nazirə yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
“Avropa üçlüyü” Rusiya ilə dialoq imkanlarını müzakirə edir - “Bloomberg”
-
“Benzin ala biləcək vəziyyətdə deyilik” - Qalın geyinməyə çağırdı
-
SOCAR-da QOÇU peyda olub: İşçini basıb döyür...
-
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - Fotolar
-
Dünya üç yerə bölünəcək: bu dövlətlər birləşəcək - Sensasion ssenari
-
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri“ abidəsini ziyarət edib - FOTOLAR
-
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur
-
Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
-
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
-
Qarakənd faciəsindən 35 il ötür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
FİFA prezidentliyi uğrunda üç nəfər yarışacaq - Namizədlər kimlərdir?
-
Sabunçuda dayandırılan tikinti yenidən aparılır? - VİDEO
-
İlhamə Abdullayeva işdən çıxarıldı - Yerinə sabiq nazir gəlir
-
Beynəlxalq axtarışda idi, Azərbaycana gətirildi - 445 min manatlıq mənimsəmə…
-
Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul etdilər - Təfərrüatlar
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - Fotolar
-
Zelenski Makron və Mertslə görüşüb - Kiyevin ehtiyacları müzakirə olunub
-
İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı - FOTO
-
Bu istiqamətdə hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
-
Prezidentin sosial media hesablarında videoçarx paylaşıldı - VİDEO
TOP 10
ARXİV






