Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib - FOTO

Tarix 11.11.24, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb. 

Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb. Şirkətin rəsmi saytında bildirilir ki, bu sahədə uzun illər təcrübələri var və bütün dünyada sözügedən sahədə müştərilərlə işləyir. 

"Mütəxəssislərdən ibarət komandamız hər bir müştərimizin unikal ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmış fərdi həllər təqdim etməyə sadiqdir. Şirkətin Bakıda baş ofisi Xocalı prospekti 37 ünvanında yerləşən "Demirchi Tower”dədir", deyə şirkətin təqdimatında bildirilir. 

Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.



Xəbərin oxunma sayı : 538




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap