“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Rasim Məmmədovun 70 milyonluq əmlakı özünə qaytarılmadı - Yekun qərar

Tarix 29.11.23, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.

Gununsesi.info -nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda vəkillər ümumilikdə 70 milyon manata yaxın qiymətləndirilən əmlakların müsadirədən azad edilməsini xahiş ediblər.

Müdafiəçilər çıxışlarında əmlakların bir hissəsinin, ümumiyyətlə, məhkum şəxsə aid olmadığını deyiblər.

Şikayətlərdən ikisi Dubay şirkəti “RMH General Trading” DMCC və Böyük Britaniya şirkəti Baumant Sales LLP tərəfindən verilmişdi. Xarici şirkətlərin nümayəndələri iddia edirdilər ki, Sumqayıt şəhərində yerləşən müsadirə edilmiş “Baku Non Ferrous And Foundry Company” məhkum Rasim Məmmədova deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Tahir Kazımovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini təmin etməyib.

Qərara əsasən, Bakı Oksford Məktəbinin binası, “Baku Non Ferrous And Foundry Company”, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin müsadirəsi qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.



Xəbərin oxunma sayı : 931




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap