“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək - VİDEO

Tarix 03.11.26, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


İşini itirən vətəndaşların kredit borclarının sığorta hesabına tam və ya qismən ödənilməsi nəzərdə tutulur. Çünki işsizlikdən sığorta ilə bağlı yeni qaydalar hazırlanır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq.

Xezerxeber.az-ın məlumatına görə, V.Bayramov deyib ki, Mərkəzi Bank artıq qaydaları hazırlayıb və qısa müddətdə tətbiqi gözlənilir. Yeni qaydalar  birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.

V.Bayramov onu da bildirib ki, sığorta ödənişlərindən sui-istifadənin qarşısını almaq üçün yalnız qanunda nəzərdə tutulan hallarda, məsələn, ixtisar və ya işəgötürənin fəaliyyətinin dayandırılması zamanı sığorta ödənişi ediləcək. İşçinin öz ərizəsi ilə işdən çıxması isə sığorta hadisəsi sayılmayacaq.

Vüqar Bayramov onu da qeyd edib ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faiz azalmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır.

İşini itirən şəxsin kredit borcunu sığortanın ödəməsi həm müştərinin, həm bankın üzərinə düşən yükü dəyişir. Buna görə də kredit şərtlərinin və risklərin necə bölüşdürüləcəyi müəyyən edilməlidir.



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap