“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...

Tarix 26.10.26, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


İrlandiyada nənə və babalara nəvələrini onların razılığı olmadan qucaqlamamaq tövsiyə edilib.

Musavat.com xəbər verir ki, ölkədə hökumət tərəfindən maliyyələşdirilən sosial kampaniyaya başlanılıb. Kampaniya çərçivəsində nənə və babalara nəvələrini qucaqlamazdan əvvəl onlardan icazə almaq tövsiyə olunur.

“We-Consent” təşkilatının hazırladığı 25 saniyəlik videoçarxda bildirilir ki, bütün uşaqlar, hətta yaxın qohumları tərəfindən belə, qucaqlanmaq istəmirlər.

Videoda iki fərqli vəziyyət göstərilir. Birinci halda uşaq nənə və babasını sevinclə qucaqlayır, ikinci halda isə qucaqlanmaqdan narahatlıq keçirir.

Dublin şəhər şurasının üzvü Qevin Pepper kampaniyanı tənqid edərək hökumətin və qeyri-hökumət təşkilatlarının həddi aşdığını bildirib.

Onun fikrincə, uşaqlara şəxsi sərhədlərə hörmət etməyi öyrətmək lazımdır, lakin yaxın qohumların qucaqlamasını şübhəli bir davranış kimi təqdim etmək olmaz.

Digər bələdiyyə üzvü Lorren Holl isə kampaniyanı dəstəkləyib. O hesab edir ki, tənqidçilər videoçarxı həddindən artıq hərfi mənada qəbul ediblər və yaranan müzakirələr kampaniyanın məqsədinə çatdığını göstərir.

Kampaniya başlamazdan əvvəl aparılan araşdırma göstərib ki, İrlandiya sakinlərinin 70 faizi ölkədə razılıq anlayışının başa düşülməsi ilə bağlı problem olduğunu düşünür.

Həmçinin hər üç nəfərdən biri cinsi münasibətlər barədə danışarkən özünü narahat hiss edir.



Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap