“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü

Tarix 01.09.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Ordubad rayonunun Tivi kənd sakini Rahim İmanovun şikayətinə baxılmadığı bildirilir

Naxçıvanın Ordubad rayonunun Tivi kənd sakini Rahim İmanov kənd bələdiyyə sədri Oruc Hüseynov və onun kürəkəni tərəfindən döyüldüyünü iddia edir.

AzFakt.com-a müraciət edən Rahim İmanov bildirib ki, onun Oruc Hüseynov və kürəkəni tərəfindən döyülməsinin səbəbi Ordubad Rayon Kommunal Müəssisələr Kombinatının Tivi kəndindən olan işçilərinin bələdiyyə sədri Oruc Hüseynova və kənd icra nümayəndəsi Məhərrəm Həsənova məxsus iaşə obyektlərində işlədilməsini ictimailəşdirməsi olub.

Açıklama yok.

Rahim İmanov qeyd edib ki, Ordubad Rayon Kommunal Müəssisələr Kombinatının Tivi kəndindən olan işçilərinə davamlı olaraq bələdiyyə sədri Oruc Hüseynov və kənd icra nümayəndəsi Məhərrəm Həsənova məxsus iaşə obyektlərinin qarşısını təmizlətdirirlər.


Baş verənləri videoya çəkərək sosial şəbəkələrdə ictimailəşdirən Rahim İmanov Tivi kənd bələdiyyə sədri Oruc Hüseynovun və icra nümayəndəsi Məhərrəm Həsənovun qəzəbinə tuş gəldiyini bildirib. Onun sözlərinə görə, bundan sonra Oruc Hüseynov kürəkəni ilə birlikdə Rahim İmanova hücum edərək ona qarşı fiziki zorakılıq tətbiq edib.

Rahim İmanov bələdiyyə sədri və onun kürəkəni tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına və Naxçıvan Ali Məclisinə şikayət etdiyini bildirib. Ancaq Rahim İmanovun şikayətlərinə baxan yoxdur. 

Onun sözlərinə görə, şikayətlərdən sonra bələdiyyə sədri Oruc Hüseynov Rahim İmanovu hədələməyə başlayıb.




Xəbərin oxunma sayı : 949




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap