Axtar
 

“Məni ad gününə, toylarınıza da çağırmayın“ - Röya Ayxan

Tarix 01.09.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Röya Ayxanın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AzFakt.com xəbər verir ki, pop ulduz şəxsi tədbirlərə dəvətlərlə bağlı fikirlərini bölüşüb. Sənətçi ad günləri və toylarla bağlı həmkarlarına müraciət edərək səmimi etiraf edib.

Röya bildirib ki, şəxsən özünün ad günlərinə dəvət olunmamasından qəti şəkildə heç kimdən incimədiyini vurğulayıb. O, həmçinin toylara qonaq qismində deyil, sənətçi kimi dəvət edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

"Ad gününə sizi çağırmayacağam, siz də çağırmayın. Heç birinizdən incimərəm, öpürəm sizi. Çağırmasanız, qətiyyən heç birinizdən incimirəm. Toylarınıza da qonaq kimi çağırmayın. Çağırsanız da, iş kimi dəvət edin, qonorarla. Şəxsən özümü çağırmayın. Məni bəzəyirlər, geyindirirlər, musiqiçilərim var", - deyə müğənni bildirib.

Sənətçinin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Röya Ayxanın həmkarlarına ünvanladığı müraciət müzakirə mövzusuna çevrilib.




Xəbərin oxunma sayı :




Xəbərlər

TOP 10

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap