“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək

Tarix 08.10.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş naziri Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavininin ölkənin “yeni Ukraynaya” çevriləcəyi barədə fikirlərinə cavab verib

AzFakt.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın “yeni Ukraynaya” çevrilə biləcəyi barədə açıqlamasına cavab verərək ölkəsinin başqa dövlətə çevrilməyəcəyini və suverenliyini daha da möhkəmləndirəcəyini bildirib.
Paşinyan Medvedevin fikirlərinə cavab olaraq Ermənistanı başqa ölkələrlə müqayisə etməyin düzgün yanaşma olmadığını deyib.

“Bəs mən də deyim ki, biz Ermənistanın yeni Rusiyaya çevrilməsini istəmirik? Məsələn, Rusiyanın müxtəlif yerlərində partlayışlar baş verir, naməlum hadisələr yaşanır. Yəni bu, yaxşı yanaşma deyil”, deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri ölkəsinin öz siyasi yolunu müəyyənləşdirdiyini vurğulayıb.

“Ermənistan Ermənistandır və Ermənistan başqa heç nəyə çevrilməyəcək. Ermənistan getdikcə daha çox Ermənistan Respublikasına, getdikcə daha çox suveren dövlətə çevriləcək”, - deyə Paşinyan qeyd edib.

Medvedev daha əvvəl Ermənistanın hazırkı rəhbərliyinin xarici siyasət istiqamətini dəyişməsinin ölkə üçün mənfi nəticələrə gətirib çıxara biləcəyini bildirib. O, Ermənistanın “yeni Ukraynaya” çevrilməsini ölkə üçün ən pis ssenari adlandırıb. (CIVILNET)

Paşinyan isə son çıxışlarında Ermənistanın xarici siyasətdə daha balanslı yanaşmaya üstünlük verdiyini, ölkənin suverenliyinin və müstəqil qərarvermə imkanlarının gücləndirilməsini prioritet hesab etdiyini açıqlayıb. Ermənistan hökumətinin 2026–2031-ci illər proqramında da ölkənin suverenliyi, təhlükəsizliyi və beynəlxalq legitimliyi əsas istiqamətlər sırasında göstərilir.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap