Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“O buna görə sonda peşman ola bilər” - Si Cin Pin Trampa Putin haqqında nə deyib?

Tarix 19.05.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidentinin Çinə son səfəri zamanı Çin başçısı Si Cinpin Pekində Donald Trampla danışıqlar zamanı Vladimir Putinin Ukraynaya hərbi müdaxilə qərarından “sonda peşman ola biləcəyini” deyib. 

Bunu məlumatlı mənbələrə istinadla “Financial Times” (FT) qəzeti yazıb.

Məlumata görə, Çin lideri bunu Trampla Rusiya-Ukrayna müharibəsinin müzakirəsi zamanı deyib. Baxmayaraq ki, o, Prezident Co Baydenlə "səmimi və birbaşa" söhbətlər zamanı Putin və ya Ukraynada davam edən hərbi münaqişə barədə fikirlərini ümumiyyətlə bölüşməyib.

FT qeyd edir ki, Si Cinpinin bu şərhi Rusiyanın Ukraynaya qarşı müharibəsinin beşinci ilində dalana dirəndiyi və Kiyevin Rusiya qoşunlarına, eləcə də işğalçı ölkənin dərinliklərindəki hədəflərə zərbə endirmək üçün dronlardan daha effektiv istifadə etdiyi bir vaxta təsadüf edir.

Bu arada Tramp administrasiyası Pekin sammiti ilə bağlı hesabat yayımlayıb, lakin orada iki liderin Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi barədə heç nə deyilmir.

Xatırladaq ki, Vladimir Putin 2022-ci ilin fevral ayında, Çinə səfərindən qısa müddət sonra Ukraynaya hərbi müdaxilə etmək barədə əmr verib. Həmin səfər zamanı o, Si Cinpinlə "məhdudiyyətsiz tərəfdaşlıq" elan etmişdi.

ABŞ dəfələrlə Çini Moskvanın Kiyevə qarşı hərbi əməliyyatlarına kömək edən ikili təyinatlı məhsullarla Rusiyanı təchiz etməkdə ittiham edib. Lakin Pekin bu ittihamları rədd edib.

Qeyd edək ki, bu gün Putinin Çinə 2 günlük rəsmi səfəri başlayır. O, Trampdan bir neçə gün sonra Pekinə gələcək. Səfərdən əvvəl Putin Çinə Si Cinpinin dəvəti ilə gedəcəyini bəyan edib. Rəsmi açıqalmada deyilir ki, səfər zamanı siyasət, iqtisadiyyat, müdafiə və humanitar mübadilə mövzuları müzakirə olunacaq və 40 ikitərəfli sənəd imzalanacaq. Əlbəttə ki, səfər zaman Tramp-Si danışıqları və Ukrayna mövzusunun da masada olacağı şübhə doğurmur.



Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap